Qurudulmuş dondurma və meyvələr ölkədə trendə çevrilib, bəs faydalıdırmı? Ekspertdən AÇIQLAMA
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son vaxtlar sosial şəbəkələrdə və satış platformalarında sürətlə yayılan qurudulmuş dondurma və dondurularaq qurudulmuş meyvələr böyük maraq doğurur. Rəngarəng və cəlbedici görüntüsü ilə xüsusilə uşaqlar və gənclər arasında populyarlıq qazanan bu məhsullar valideynlərin də diqqət mərkəzinə düşüb.
Lakin “təbii və zərərsiz” kimi təqdim olunan bu qidalarla bağlı əsas sual açıq qalır: onlar həqiqətən ziyansızdırmı?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən qida eksperti Asim Vəliyev bildirdi ki, qurudulmuş dondurma dediyimiz məhsul çox vaxt donduraraq qurudulmuş (freeze-dried) variant olur:
"Belə deyək, məhsul əvvəl dondurulur, sonra vakuumda içindəki su buxarlanaraq çıxarılır. Nəticədə xırtıldayan, yüngül, uzunömürlü bir şey alınır. Nəzərə almalıyıq ki, su çıxır, amma şəkər, yağ və kalori çıxmır. Sadəcə daha yüngül hiss olunur. Tövsiyə edərdim ki, ziyansız sözünə bir az ehtiyatla yanaşaq. Qida təhlükəsizliyi baxımından bu məhsullar adətən problemsizdir. Su az olanda mikroorqanizmlər çoxala bilmir. Amma sağlamlıq baxımından məsələ daha çox tərkiblə bağlıdır. "Freeze-dried" dondurma yenə də dondurma sayılır. Şəkər və yağ qalır. Porsiya kiçik göründüyünə görə fərqinə varmadan çox yeyə bilərik. Su çıxanda məhsul yüngülləşdiyi üçün enerji sıxlığı yüksəlir. Yəni 20-30 qram xırtıldayan dondurma bəzən gözləniləndən yüklü ola bilir. Yapışqan-şirin tekstura diş səthində daha uzun qala bilir. Bu da uşaqlarda kariyes riskini artırır. Zəhərli olmasa da, amma tam zərərsiz sayılmır".
Mütəxəssisin sözlərinə görə, qurudulmuş meyvədə isə məsələ bir az fərqlidir:
"Donduraraq qurudulmada yüksək temperatur olmadığı üçün bəzi vitaminlər daha çox qalır. C vitamini kimi həssas vitaminlərdə itki ola bilir. Çox vaxt lif qalır. Bu da toxluq hissinə kömək edir. Şəkər məsələsində isə meyvənin öz şəkəri yığcamlaşır. Belə deyək, bir ovuc qurudulmuş meyvə bəzən 2-3 ovuc təzə meyvəyə bərabər ola bilər. Dadı şirindir və porsiyanı böyütmək asanlaşır. Bəzi paketlərdə əlavə şəkər, şirə konsentratı, aromatizator, ya da rəngi qorumaq üçün kükürd diaoksidlə işlənmiş ola bilər. Sulfitlər astması olanlarda narahatlıq yarada bilər. Ən azından etiketə baxaraq diqqətli olmalıyıq. Bayaq da dediyimiz kimi, burada da su az olduğu üçün risk xeyli azalır. Amma risk heç yoxdur demək olmaz. Hazırlanma və qablaşdırma mərhələsində çirklənmə baş verə bilər. Ona görə etibarlı istehsalçı və düzgün etiket vacibdir. Paket açılıb rütubət çəkəndə tekstura pozulur. Belə olduqda bəzi mikroorqanizmlər üçün şərait arta bilər. Bütün qida məhsullarında olduğu kimi, bu məhsulları da alarkən etiketdə tərkib siyahısına baxmalıyıq. Meyvədirsə, ideal halda yalnız meyvə yazılsın. Əgər şəkər, şirə konsentratı, qlükoza-fruktoza siropu görürüksə, artıq o şirniyyata yaxınlaşır. Ən yanaşma o olar ki, bu məhsulların heç biri qadağan deyil. Amma meyvədir deyib limitsiz yemək də zərər verə bilər".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 22 Yanvar 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















