Icma.az
close
up
RU
Qurultayda qarşıdurma gözlənilir İttifaq katibindən XƏBƏRDARLIQ

Qurultayda qarşıdurma gözlənilir İttifaq katibindən XƏBƏRDARLIQ

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) sədrliklə bağlı iki namizədin adı hallanır. Şəfiqə Məmmədova və Əli İsa Cabbarov. Bu adlar şərti olaraq verilib. Əslində real namizədlər qurultayda və ya onu əvəz edən konfransda məlum olur”.

Bunu “Yeni Sabah”a açıqlamasında ittifaqın katibi, şair Baba Vəziroğlu deyib.

O bildirib ki, hər kəs AKİ-yə sədrliyə namizəd irəli sürmək iqtidarıdadır: pizza mizza

“Lakin həmin şəxslərin sədrliyə rəsmi namizəd olması da səvermə ilə müəyyənləşir. Əgər həmin namizəd səs çoxluğu qazanırsa, deməli o, AKİ sədrliyinə namizəd ola bilər. Belə olan halda sona təqribən 3-4 nəfər qalır. Onlar da yenidən səsverməyə çıxarılır. Kim çox səs toplasa, o adam Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilir. Nizamnamənin tələbləri bundan ibarətdir. Başqa danışılan hər şey çayxana söhbətləridir”.

İttifaqın katibi söyləyib ki, indiki məqamda qurultay keçirilməsinin əleyhinədir. Onun fikrincə, hazırda buna ehtiyac yoxdur:

“Lakin bəzi adamlar deyirdi ki, Rasimin 40-ı çıxan kimi mütləq qurultay olmalıdır. Hətta bildirirdilər ki, qurultay olmasa, dünyanı dağıdarıq. Belə sərsəm fikirlər səslənirdi. Elə mən də deyirdim ki, nə qurultaybazlıqdır? Bütün qurumlardakı kimi bizdə də sədr vəfat edibsə, onu birinci katib əvəz edə bilərdi. Bunların çoxunun gözünü vəzifə hərisliyi bürüyüb. Ona görə də qərara gəldilər ki, qurultay keçirilsin”.

B.Vəziroğlu qeyd edib ki, AKİ sədri vəzifəsini Şəfiqə Məmmədova icra etməlidir:

“Çünki Nizamnamədə də belədir ki, sədr vəfat edirsə, onu növbəti qurultaya qədər birinci katib əvəzləyir. Yenə də artıq qurultay təyin olunub və orada qarşıdurma yaranmasını istəmirik. Qıraqdan baxıb deməsinlər ki, ortada kino yoxdur, amma bunlar sədrlik üstündə dalaşırlar. Amma görürəm ki, bu qaçılmaz olacaq. Çünki artıq qruplaşmalar yaranıb. Müəyyən tərəf deyir ki, sədr Şəfiqə Məmmədova olmalıdır. Digər tərəf də bildirir ki, başqası seçilməlidir. Hər kəs öz namizədini irəli sürür. Mənim ürəyimdə bir Rasim Balayev var idi, onu da itirdik. Amma indiki vəziyyətə baxanda Şəfiqə Məmmədovanı dəstəkləməyi düşünürəm. İttifaqda yeni təlatüm yaradılmasının tərəfdarı deyiləm”.

Qeyd edək ki, AKİ sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. Qurum yeni sədr seçmək üçün mayın 26-da növbədənkənar qurultay keçirəcək.

Hələlik həmin vəzifəyə iki namizəd var: İttifaq sədrinin səlahiyyətlərini icra edən Xalq artisti Şəfiqə Məmmədova və qurumun katibi, rejissor Əli İsa Cabbarov.

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 May 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri