Icma.az
close
up
RU
“Qurumun başı pul yığmağa qarışıb…” AYNA nın parklanma siyasəti ictimai narazılıq yaratdı

“Qurumun başı pul yığmağa qarışıb…” AYNA nın parklanma siyasəti ictimai narazılıq yaratdı

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son vaxtlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qanunsuz parklanma siyasəti ilə bağlı ictimai narazılıqlar artmaqdadır. 
Demokrat.az xəbər verir ki, bu narazılıqlar əsasən yaşayış binaları ərazisində pulsuz parklanma yerlərinin zəbt olunması, yüksək cərimələr və AYNA rəhbərliyinin sakinlərin razılığı olmadan qeyri-rəsmi formalarda ayrı-ayrı vəzifəli şəxslərin göstərişlərini həyata keçirməsi ilə bağlıdır.

Digər ciddi qanunsuzluq isə AYNA-nın insanları bezdirərək, onlardan topladığı vəsaitlərin ictimaiyyətə hesabatını verməməsi faktıdır. 
Məsələ ilə bağlı Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ona tətbiq olunan cəriməyə sərt etirazını bildirib.

Partiya sədri qurumun fəaliyyətini kəskin tənqid edərək, topladığı vəsaitlərin şəffaflığına dair suallar qaldırıb.
İqtisadçı deyib ki, bu gün maşınını yalnız ofisinin qarşısında saxlayıb və həmin ərazi binaya məxsus olduğu üçün giriş şlaqbaum vasitəsilə mümkündür. Lakin buna baxmayaraq, AYNA tərəfindən cərimə olunub:
“İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istəyən kimi xərcləyən, AYNA, sizdən indicə mesaj aldım. Bugünkü tarixdir, bu gün maşını heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib, ofisin qarşısında maşını park etmişəm. Ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil olmaq olur və maşın 7 saatdır ofisin qarşısındadır. Yaxşı, siz bu cəriməni haranızdan uydurub çıxardınız?”.
Partiya sədri həmçinin çağrı mərkəzinə zəng etdiyini, lakin 4 dəqiqə gözlətdikdən sonra telefonun qapatıldığını vurğulayıb.
O, bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini də açıqlayıb:
“Sizi məhkəməyə verəcəyəm, yetər artıq, insanları zinhara gətirmisiniz!”.
Natiq Cəfərlinin AYNA-nın fəaliyyəti barədə iradlarına bir sıra ictimai şəxslər və ayrı-ayrı vətəndaşlar tərəfindən sosial media üzərindən çoxsaylı dəstək şərhləri verilib.
Jurnalist Mayıl Ağaxanov isə qeyd edib ki, AYNA-nın fəliyyətsizliyi ictimai nəqliyyatı iflic edib:
“Bu qurumun başı pul yığmağa qarışıb, ictimai nəqliyyata nəzarətin başını buraxıblar”.
Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, 20 milyon 15 min 120 manat pul qoparıblar sizdən-bizdən:

“BNA necə milyonları çırpışdırıb aradan çıxdısa, sabah bunlar da adlarını dəyişib mahiyyəti dəyişmədən yeni adla daha çox soyğunçuluq edəcəklər. Süni tıxaclardan kimlər neçə milyon qazanırlar, artıq hamı gözəl bilir. 30 günə yüz milyonlarla vəsait əldə olunur və o pul da rahatca bölünür "ağıllılar" arasında. Biz də saatlarla tıxaclarda deyinib əsəb xəstəsi oluruq.  Necədir sizin üçün?“.
Yaranan problemlərin həlli üçün yeganə çıxış yolu olaraq vətəndaşlar AYNA-nı məhkəməyə verməyi təklif edirlər.
Azər Ağazadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Aprel 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri