Icma.az
close
up
RU
Qürur və ağrı ortaqlarımız

Qürur və ağrı ortaqlarımız

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Müzəfər Ali Baş Komandanımız İlham Əliyevin böyük sərkərdəlik məharətinin və uğurlu siyasətinin sayəsində böyük zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi dövlətin qətiyyətli iradəsinin bütün dünyaya nümayişi, xalq–ordu birliyinin təntənəsi oldu. Möhtəşəm tarixi qələbəmiz minlərlə igid oğulun canı və qanı bahasına qazanıldı. Şəhidlərimiz tarix yazdı, bizə başıuca yaşamaq haqqını miras qoydu. Onların hər biri bu torpağın əbədi sahibinə çevrildi. Bu gün Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda dalğalanan üçrəngli bayrağımız hər bir şəhidin müqəddəs ruhuna ehtiramın ifadəsidir.

Həmin igidlərdən biri də şəhid gizir İlkin Aslan oğlu Şükürovdur. İlkin gənc yaşında Vətən uğrunda canından keçdi, adı qürur və ehtiramla çəkilən qəhrəmanlar sırasında əbədiləşdi. O təkcə ailəsinin deyil, bütün Qazaxın, bütün Azərbaycanın fəxri oldu. Onun həyat yolu, döyüşlərdə göstərdiyi şücaət, layiq görüldüyü orden və medallar bir gəncin Vətən sevgisinin nə qədər uca olduğunu göstərir.

İlkin, sadəcə, döyüşə yollanan bir hərbçi deyildi. O, üzərinə düşən məsuliyyəti sona qədər daşıyan, ən çətin anlarda belə geri çəkilməyən, döyüş yoldaşları üçün arxa-dayaq olan bir gizir idi. Silahdaşlarının xatirələrinə görə, İlkin ən təhlükəli məqamlarda belə soyuqqanlılığını qoruyur, verilən tapşırıqları qətiyyətlə yerinə yetirirdi.

Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı o, dəfələrlə düşmənin intensiv atəşi altında qalsa da, mövqeyini tərk etmədi. Yaralı döyüş yoldaşlarını təhlükəli ərazidən çıxarmağa çalışdı. Son döyüşündə də geri addım atmadı. 14 oktyabr 2020-ci ildə İlkin Şükürov Füzuli torpağında şəhidlik zirvəsinə ucaldı. Cəmi 25 il ömür sürdü, amma bu qısa ömrə bütöv bir Vətən sevgisi sığdırdı.

Onun göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən də yüksək qiymətləndirildi. İlkin Şükürov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olundu...

Bu gün şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biri, igidlərin ruhuna ehtiramın bariz nümunəsidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqət bölgələrdə də konkret addımlarla davam etdirilir. Qazax rayonunda bu qayğı illərdir ki, ardıcıl şəkildə hiss olunur.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov təkcə müəyyən günlərdə və ya tədbirlərdə deyil, hər zaman şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının yanındadır. Yüzlərlə ailənin qapısını döyüb, onların qayğıları ilə maraqlanıb, problemlərini dinləyib və həll edib. Bu münasibət vəzifə borcundan daha çox, insanlıq borcu kimi yadda qalıb.

Bu günlərdə Rəcəb Babaşovun Vətən müharibəsi şəhidi İlkin Şükürovun atası Aslan Şükürovu xəstəxanada ziyarət etməsi də həmin diqqətin davamlılığının növbəti nümunəsi idi. Bu ziyarət sadəcə bir xəstənin halını soruşmaq deyildi. Bu, “şəhid ailəsi tək deyil, unudulmur” mesajı idi. Axı səmimi söhbət, sadəcə diqqət və içdən gələn qayğı bəzən insan üçün ən böyük mənəvi dayaq olur.

Şəhid atası Aslan Şükürovun minnətdarlıq dolu sözləri də göstərdi ki, bu görüşlər formal xarakter daşımır. Əksinə, bu diqqət ailələrin qəlbinə nüfuz edir, onlara təsəlli və güc verir. Bu gün Qazaxda şəhidlərin adları küçələrdə, bulaqlarda və xatirələrdə yaşayır. Amma ən önəmlisi, onlar insanların qəlbində yaşayır. İlkin kimi oğulların adı çəkiləndə kövrəkliklə yanaşı, qürur da hiss olunur.

Həmin gün rayon rəhbərinin xəstəxanada digər palataları da gəzərək xəstələrlə maraqlanması, insanların dərdini dinləməsi bir daha sübut etdi ki, idarəetmədə insan amili hər zaman ön plandadır.

Bəli, hamımız şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik. Onların ailələrinə sahib çıxmaq, yanlarında olmaq hər birimizin mənəvi borcudur. Bu yol davam edir. Qayğı da, diqqət də, ehtiram da daimidir.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Qazax rayonu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Fevral 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri