Icma.az
close
up
RU
Xocalı faciəsindən 33 il sonra Ağrı, qürur və ümid...

Xocalı faciəsindən 33 il sonra Ağrı, qürur və ümid...

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün - 26 fevral 2025-ci il Azərbaycan tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımından 33 il ötür. 1992-ci ilin həmin soyuq fevral gecəsində Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə misli görünməmiş vəhşiliklər törətdi. Qocalar, qadınlar, uşaqlar amansızcasına qətlə yetirildi, yüzlərlə insan itkin düşdü və əsir götürüldü.

Xocalıda girov götürülənlərdən biri də Mürvət Məmmədovdur. O, həmin dəhşətli gecəni və illər sonra Xocalıya qayıtdıqda yaşadıqlarını Metbuat.az-a danışıb:

"Həmin gecə atamı və qardaşlarımı itirdim. Atam Məmməd, böyük qardaşlarım Söhbət və Möhlət könüllü batalyonlara qoşularaq postlarda xidmət edirdilər. Xocalıya gələn sonuncu vertolyot vurulandan sonra şəhərlə hava əlaqəsi tamamilə kəsildi. Xocalı əhalisi işıqsız, qazsız, susuz və ərzaqsız vəziyyətdə düşmənin atəşi altında birtəhər yaşayırdı. Amma bir nəfər də şəhəri tərk etmirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə atışma bir an belə səngimədi. Biz, xocalılar bütün işgəncələrə dözdük, amma heç birimiz ermənilərə boyun əymədik. Xocalılar üçün vətənə xəyanət etməkdənsə, ölmək daha şərəfli idi”.

O, yadından heç vaxt çıxmayan xatirəsini də bölüşüb:

“Heç vaxt yadımdan çıxmaz... Balaca qardaşımın doğum günü idi. Ermənilər bunu bildilər. Ona dedilər ki, silah versək, atarsan? O isə cavab verdi: “Avtomatın lüləsini əlimin içinə qoyun, özüm atəş açım.” Onlar bu vəhşiliyi törədərək dedilər: “Bu sənə bizdən ömürlük bir ad günü hədiyyəsi olsun”. Anam yaralı olmasına baxmayaraq, girovluqda özünü bizə sipər edirdi, bizi qorumağa çalışırdı. Bir həftə polis şöbəsində ermənilər tərəfindən insanlığa sığmayan işgəncələrə məruz qaldıq. Bir həftə sonra girov saxlanıldığımız otağın qapısını açdılar və bizi təpikləyərək çölə çıxardılar. Oradakı erməni sakinləri əllərinə nə keçirdisə, daş, dəyənək alıb bizə hücum etdilər. Daha sonra bizi avtobusa mindirib Ağdam istiqamətinə gətirdilər. Milli Qəhrəman Allahverdi Bağırovun köməyi ilə 80 yaralı azərbaycanlı əsir ermənilər tərəfindən döyüşən muzdluların meyiti ilə dəyişdirildi. Həmin 80 nəfər yaralının beşi mənim ailə üzvlərim idi. Sonra bizi Ağdam rayon xəstəxanasına gətirdilər. Daha sonra ermənilər xəstəxanaya da raket atdılar. Həmin vaxt cərrahiyyə əməliyyatı aparılırdı. Hamı sağa-sola qaçdı, ölüm təhlükəsi ilə üz-üzə qaldıq".


M.Məmmədov anası ilə birlikdə dirçəlmiş Xocalıya gedib:

“Nəhayət ki, gedib Xocalını görə bildim. Anam Narxanımın evimizi, əsir saxlandığımız, iki qardaşımın və atamın qətlə yetirildiyi yerləri görəndən sonra səhhətində problemlər yarandı. Xocalıda olarkən keçmişi bir daha xatırladıq. Əsir saxlandığımız yerləri gəzdik. Anam Xocalıdan qayıdandan sonra infarkt keçirdi. Mərkəzi Klinikanın həkimi Firdovsi İbrahimov anamı təmənnasız əməliyyat etdi. Buna görə ona və kollektivinə minnətdarıq. Biz Xocalıdan qaçqın düşəndən sonra Qobustan rayonunda yerləşmişik, buranın camaatı əziyyətimizi çox çəkib. Hamısı var olsun. Təəssüf ki, iki qardaşımın və atamın harada dəfn edildiyini hələ də bilmirik. Bizdən nümunələr götürülüb. Hər dəfə Xocalıda şəhid olan insanların qalıqları tapıldıqca ümidlənirik. Biz əsirlikdə olanda ermənilər qardaşlarım Möhləti və Söhbəti, bir də atam Məmmədi naməlum istiqamətə apardılar və indiyə kimi onlardan xəbər yoxdur”.

Xocalı sakini qeyd edib ki, onları erməni əsirliyindən xilas edən Milli Qəhrəman Allahverdi Bağırovun məzarını da ziyarət edib:

“Xocalıda bizə işgəncə verənlərin başında Vitali Balasanyan dururdu. Xocalıda törədilən qətliam birbaşa onun adı ilə bağlıdır. O, məsuliyyətdən canını qurtara bilsə də, ilahi ədalətdən qaça bilməyəcək. Xocalıda şəhid olan insanların ahı onu tutacaq! Vaxtilə işgəncələrə məruz qaldığımız, şəhidlərimizin qanı ilə suvarılan müqəddəs torpağa yenidən ayaq basdıq. Xocalının dağlarına, düzlərinə, meşələrinə baxdım və bir daha anladım: biz heç vaxt ümidimizi itirmədik. Bilirdik ki, bir gün mütləq torpaqlarımız azad olunacaq! Bizim qisasımız alınacaq! Şəhidlərimizin qanı yerdə qalmayacaq! Artıq Xocalıya qayıtmağa başlamışıq! Şükür Allaha ki, qanımızın yerdə qalmadığını öz gözlərimizlə gördük!”


O, Xocalının indiki vəziyyətinin sevinc və qürurverici olduğunu vurğulayıb:

“İllər sonra doğma torpaqlara rahat şəkildə gedib-gəlmək, orada yaşamaq imkanı yaranıb. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib və bu, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, eləcə də Prezidentimizin qətiyyətli siyasəti nəticəsində mümkün olub. Hazırda Xocalıdan olan sakinlərin bir hissəsi hələ də Qobustan rayonunun Mərəzə qəsəbəsində məskunlaşıb. Lakin dövlətimiz Xocalıya köçürülmə prosesini mərhələli şəkildə həyata keçirir. Yeni tikililər istifadəyə verildikcə Xocalı sakinləri öz yurdlarına qayıdacaq. 44 günlük Vətən müharibəsindən sonra artıq Xocalıya qayıdan insanlar var. Dövlətimiz və Prezidentimiz hər zaman xalqımızın, şəhid ailələrinin, qazilərimizin yanında olub və bu gün də onların rifahı üçün mühüm addımlar atılır. Xocalı soyqırımının təşkilatçıları Azərbaycan qanunları qarşısında cavab verirlər. Hazırda məhkəmə prosesləri davam edir və biz də həmin məhkəmədə iştirak edə bilirik. İnanırıq ki, bu dəhşətli qətliamı törədənlər layiqli cəzalarını alacaqlar. Günahsız insanların qanına batan canilər ədalət qarşısında hesab verməlidirlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 26 Fevral 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri