Icma.az
close
up
RU
Qürurverici səfərlər və görüşlər inkişafa istiqamətləndirilib KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Qürurverici səfərlər və görüşlər inkişafa istiqamətləndirilib KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

“Azərbaycan – Çin əlaqələri son illər keyfiyyətcə yeni bir mərhələyə yüksəlib və hər iki ölkə arasında iqtisadi – ticari, nəqliyyat, enerji, mədəniyyət, turizm sahələrində əməkdaşlığın möhkəmlənməsinə imkanlar yaratmışdır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, tərəflər arasında hərtərəfli strateji tərəfdaşlığın mövcud olması, dostluq, qardaşlıq münasibətlərinin genişlənməsi xalqların, dövlətlərin milli maraqlarına xidmət edir və gələcək inkişafa hesablanmışdır.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında çıxışı zamanı ölkələrimiz arasında münasibətlərə böyük önəm vermiş və bir daha bildirmişdir ki, “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır”. Bu, real amallara və amillərə arxalanan ifadələrdir. Azərbaycan bu gün beynəlxalq və regional sülhün, təhlükəsizliyin qorunmasına, təmin edilməsinə, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə öz töhfələrini verir və bu sahədə səylərini artırmaqdadır. Bunun nəticəsidir ki, Azərbaycan ilə Çin arasında tranzit daşımalarının həcmi 2024-cü ildə rekord səviyyəyə, 378 min tona satmışdır. Bu əvvəlki illə müqayisədə 8 faiz çoxdur. Ötən il Çindən Azərbaycana ixrac və tranzit rejimində orta dəhlizlə 287 marşrut qatarı yola salınmışdır.

Prezidentimizin bildirdiyi kimi bu gün Orta Dəhlizin strateji çəkisi durmadan artır və dünya ölkələrinin bu dəhlizə marağı böyükdür. Çindən Avropaya, Avropadan Asiyanın dərinliklərinə uzanan yol həm etibarlı, həm də qısa müddətli olması ilə seçilir. Yüklərin Çindən Avropaya ən qısa vaxtda çatdırılmasını təmin edir. “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin inkişafı Bakını bir tranzit mərkəzinə çevirir və nəqliyyat infrastrukturu sahəsində mövqelərini möhkəmləndirir. Azərbaycanla Çin arasında ən mühüm sahələrə dair imzalanmış 100-dən artıq sənəd deməyə imkan verir ki, əlaqələr çoxşaxəlidir, münasibətlər sağlamdır və qarşılıqlı səfərlər, görüşlər hər iki xalqın xoşbəxtliyinə, ölkələrin inkişafına istiqamətləndirilmişdir.

Azərbaycan Prezidentinin sülh, təhlükəsizlik, əminamanlıq, dostluq və əməkdaşlıq çağırışları Çin Xalq Respublikası rəhbərləri tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir. Dövlətimizin rəhbərinin bu ölkəyə son səfərləri, yüksək səviyyədə, böyük hörmət və ehtiramla qarşılanması, keçirilən yüksək səviyyəli görüşlər bunun aydın ifadəsidir və qürurvericidir”, deyə Tahir Rzayev bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri