Icma.az
close
up
RU
Quş təsərrüfatının sahibi: Qazaxıstan, Qırğızıstan və Özbəkistandan sifariş verirlər

Quş təsərrüfatının sahibi: Qazaxıstan, Qırğızıstan və Özbəkistandan sifariş verirlər

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biləsuvar, 22 aprel, İsmayıl Cəfərli, AZƏRTAC

Biləsuvar rayon sakini Rafiq Muradovun həyətində yaratdığı quş təsərrüfatı kiçik zooparkı xatırladır.

AZƏRTAC xəbər verir ki, təsərrüfatda dünyanın müxtəlif yerlərindən gətirilmiş dekorativ və çöl quşları saxlanılır. Bunlara yava və kameo tovuzquşuları, xınalı və ağ kəkliklər, zümrüd, gümüşü və Nepal qırqovulları, eləcə də ABŞ, İndoneziya, Almaniya və Hindistanda yetişdirilmiş ev quşları daxildir.

Rafiq Muradov deyir ki, 8 il əvvəl hobbi kimi quş saxlamağa başlayıb. Sonra təsərrüfat yaradıb. İndi isə həmin təsərrüfat bölgədə sakinlərin və turistlərin marağına səbəb olan kiçik zooparka çevrilib. “Təsərrüfatda növbənöv quşlar var, çoxu xaricdən gətirilib”, - deyə o əlavə edib.

Təsərrüfat sahibi bəslədiyi quşların satışını da həyata keçirir. Yerli və xarici alıcılardan sifarişlər əsasən, internet üzərindən qəbul edilir. Quşların qiyməti növündən asılı olaraq 200-2000, yumurtanın bir ədədinin qiyməti isə 10-50 manat arasında dəyişir: “Azərbaycanda bizi tanıyırlar. Xaricdən də sifarişlər alırıq. Qazaxıstan, Qırğızıstan və Özbəkistandan quş almaq istəyənlər bizə sifariş verirlər. Rusiya, Türkiyə, Özbəkistan, Gürcüstan və Belarusa quşların yumurtalarını göndəririk”.

Rafiq Muradovun təsərrüfatı həm də məktəblilər üçün ekskursiya yeridir. Onlar buraya gələrək müxtəlif quşlar barədə məlumat alırlar. Mütəxəssislər isə bildirirlər ki, təsərrüfat bölgədə ekoturizmin inkişafı baxımından diqqəti cəlb edir, regionda bu sahədə imkanların olduğunu göstərir.

Qeyd edək ki, sahibkar təsərrüfatını daha da genişləndirmək fikrindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri