Icma.az
close
up
RU
Qusar futboluna DƏSTƏK Klubun sponsoru MÜƏYYƏNLƏŞDİ FOTO

Qusar futboluna DƏSTƏK Klubun sponsoru MÜƏYYƏNLƏŞDİ FOTO

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Qusar rayonunda Birinci Liqa təmsilçisi “Şahdağ Qusar” futbol klubu ilə “İSFA” şirkəti arasında baş sponsorluq müqaviləsinin imzalanmasına həsr olunmuş rəsmi mərasim keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, FİF, AFFA və İSFA-nın rəhbər və məsul şəxsləri, “Şahdağ Qusar” FK-nın rəsmiləri, rayonun idman ictimaiyyətinin nümayəndələri və digər məsul şəxslər, sahibkarlar və media təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibinin müavini Kamran Vəliyev rayonda futbolun inkişafına göstərilən dəstəyə görə rayon rəhbərliyi başda olmaqla, bütün tərəfdaşlara təşəkkürlərini bildiriblər. Çıxışlarda “Şahdağ Qusar” futbol klubunun keçdiyi inkişaf yolu diqqətə çatdırılıb, rayonun futbol azarkeşlərinin komandaya daim sadiq qalaraq yüksək dəstək nümayiş etdirdikləri xüsusi vurğulanıb. Qeyd edilib ki, komanda uzun müddət öz doğma meydanında çıxış etməsə də, azarkeş dəstəyi hər zaman hiss olunub və bu dəstək komandanın daha böyük uğurlara doğru irəliləməsinə zəmin yaradıb.
 

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında tədbirin təşkilində əməyi olan bütün qurumlara minnətdarlığını ifadə edib. İcra başçısı son dövrdə rayonda idman sahəsində həyata keçirilən layihələr və görülən işlər barədə ətraflı məlumat verib.O çıxışında idmanın inkişafının bundan sonra da prioritet istiqamət kimi diqqətdə saxlanılacağını deyib.


Sahir Məmmədxanov Şövkət Orduxanov adına Qusar şəhər stadionunun Gənclər və İdman Nazirliyinin balansına verildiyini, stadionun əsaslı təmir işlərinin mərhələli şəkildə həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb. Rayon rəhbəri “Şahdağ Qusar” futbol komandasına gələcək fəaliyyətində uğurlar arzulayıb, İSFA şirkəti ilə qurulan əməkdaşlığın klubun və rayonda futbolun inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda, İSFA şirkətinin dəstəyi ilə rayonda həyata keçirilən sosial və infrastruktur yönümlü layihələr haqqında da məlumat verilib. Sahir Məmmədxanov hələlik Şamaxı və digəe stadionlarda oynayan "Şahdağ"komandasına yerli və nizam-intizamlı azarkeşlərin etmadını daha da doğrultmağı arzu edib.
Futbol veteranı,Futbilun İnkişafl Dondunun idarə heyətinin üzvü Asim Xudiyev Bizim.Media-ya müsahibəsində bağlanan əməkdaşlıq sazişinin qusarlı futbol azarkeşlərinə töhfə verəcəyindən danışıb.
Tədbirdə çıxış edən İSFA-nın direktoru Samir Xeyirbəyov və “Şahdağ Qusar” FK-nın prezidenti Rahid Əmirquliyev qarşılıqlı etimad və tərəfdaşlıq prinsiplərinə əsaslanan əməkdaşlığın klubun inkişafına, idman nəticələrinin yüksəldilməsinə mühüm töhfələr verəcəyinə, qarşıya qoyulan məqsədlərə birgə səylərlə nail olunacağına inamlarını ifadə edib, yaradılan şərait və göstərilən dəstəyə görə Qusar Rayon İcra Hakimiyyətinin başçısına təşəkkürlərini bildiriblər.
Sonda “rəsmi şəkildə Şahdağ Qusar” futbol klubu ilə İSFA şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Dekabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri