Icma.az
close
up
RU
Qusarda sevgilisini və onun qardaşını baltalamaqda şübhəli bilinən şəxs TUTULDU

Qusarda sevgilisini və onun qardaşını baltalamaqda şübhəli bilinən şəxs TUTULDU

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Avqustun 10-u saat 6 radələrində Qusar rayonu ərazisində Şirin Ömərovun öldürülməsi və Şəlalə Ömərovaya xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, araşdırmalarla Vəkil Əlibəyovun rayonun Yuxarı Tahircal kəndində yerləşən fərdi yaşayış evində balta ilə çoxsaylı xəsarətlər yetirərək Şirin Ömərovu xüsusi amansızlıqla qəsdən öldürməsinə, Şəlalə Ömərovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vəkil Əlibəyov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

13:43

Qusar rayonunda törədilən qətl hadisəsinin təfərrüatları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 10-da gecə saat 4 radələrində Yuxarı Tahircal kəndində qeydə alınıb. Rayonun Gican kənd sakini, 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov bir il əvvəl 1977-ci il təvəllüdlü Şəlalə Ömərova ilə tanış olub və onunla sevgi münasibətləri yaşayıb. Bir müddətdən sonra V.Əlibəyov Ş.Ömərovanı götürüb qaçıb və yaşadığı Gican kəndində birgə yaşayıb. Təxminən bir aydan sonra isə Ş.Ömərova Yuxarı Tahircal kəndinə qayıdıb və o, qardaşının evində məskunlaşıb. V.Əlibəyov isə mütəmadi olaraq Yuxarı Tahircal kəndinə gələrək, Ş.Ömərova ilə yaşayırmış.

Məlumata görə, son günlər cütlük arasında mübahisələr yaşanırmış. Hadisədən bir gün əvvəl də V.Əlibəyovla Ş.Ömərova arasında mübahisə baş verib. Elə həmin gün gecə saatlarında V.Əlibəyov evdən götürdüyü balta ilə Ş.Ömərovaya yatdığı yerdə zərbələr endirib. Səsə yuxudan oyanan Ş.Ömərovanın qardaşı Şirin Ömərov ona mane olmaq istəsə də, alınmayıb. V.Əlibəyov qadının qardaşını da balta ilə qətlə yetirib.

Məlumatda bildirilir ki, Ş.Ömərova fiziki qüsurlu olub və o, V.Əlibəyovdan əvvəl 11 dəfə ərdə olub. İlk həyat yoldaşından üç övladı olan Ş.Ömərovanın digər ərlərindən övladı olmayıb. V.Əlibəyov isə onun qeyri-rəsmi yaşadığı 12-ci əri olub.

13:08

Qusar rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 10-da gecə saatlarında rayonun Tahircal kəndində qeydə alınıb.

Kənd sakini, 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov mübahisə zəminində qeyri-rəsmi yaşadığı, 1977-ci il təvəllüdlü Şəlalə Ömərovaya balta ilə ağır xəsarətlər yetirməklə onu qətlə yetirmək istəyib. Bu vaxt hadisə yerində olan, Ş.Ömərovanın qardaşı 1968-ci il təvəllüdlü Şirin Ömərov ona mane olmaq istəyib. V.Əlibəyov Şirin Ömərova da balta ilə xəsarətlər yetirib.

Hadisə nəticəsində Şirin Ömərov ölüb, 49 yaşlı Şəlalə Ömərova isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən V.Əlibəyov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Avqust 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri