Icma.az
close
up
RU
Qüsurlarımızla barışmaq özünə inamımıza necə təsir edir?

Qüsurlarımızla barışmaq özünə inamımıza necə təsir edir?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Psixoloji baxımdan yanaşdıqda, qüsurlarımızı qəbul etmək özü ilə sağlam münasibət və özünə inamın formalaşmasında əsas rol oynayır. Çünki yüksək özgüvən və xoşbəxtlik heç də düşünüldüyü kimi mükəmməllik və ya daimi uğurla əlaqəli olmayıb, əksinə özünü olduğu kimi qəbul etməklə, yəni çatışmazlıqlar və qüsurlu tərəflərimizi də qəbul etməklə bağlıdır.”

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixoloq Gülsabah Quliyeva açıqlayıb.

Onun sözlərinə görə, insan öz qüsurlarını inkar etdikdə və ya onları rədd etdikdə, daxili konflikt, dərin utanma və özünü tənqid etmə halları artmağa başlayır:

“Bu da öz növbəsində tez-tez şərti sevgi hissinin, sadəcə müəyyən standartlara cavab verdikdə özünü dəyərli hiss etməyin yaranmasına gətirib çıxarır. Belə bir şəraitdə formalaşan özünə hörmət qeyri-sabit və kövrək olur, zamanla isə narahatlıq, depressiya və tükənmişlik kimi problemlərə yol aça bilir.

Halbuki öz qüsurlarımızı qəbul etmək psixoloji dayanıqlılığı artırır. Qüsurlarımıza bir “qüsur” kimi yox, insan olmağın təbii və mənalı parçası kimi yanaşmaq tövsiyə edilir. İnsan özünə qarşı tənqidçi yox, anlayışlı və şəfqətli olduqda, özü ilə daha güclü və dürüst bir daxili münasibət qurur”. 

Psixoloq qeyd edib ki, qüsurlarımızı qəbul etmək öz güvənimizi və özünə hörməti artırır, çünki ilk növbədə özümüzü olduğumuz kimi qəbul etmək başqalarının təsdiqinə daha az ehtiyac duymağımıza səbəb olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 May 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri