Quterreş Bakıda: Razılaşma istəyi hiss olunur
Reyting.az saytına istinadən Icma.az xəbər verir.
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) həlledici məqama yaxınlaşır. Razılaşma istəyi hiss olunur".
Bunu bu gün Bakıda COP29 çərçivəsində keçirilən mətbuat konfransında BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
O qeyd edib ki, tərəflərin razılaşdığı məsələlər daha da aydın olur: “Lakin fikir ayrılıqları qalır və müzakirələri sona çatdırmaq üçün ciddi təkan lazımdır”.
A.Quterreş bildirib ki, Rioda keçirilən G20 sammitindən yenicə qayıdıb və COP29 orada gündəliyin mühüm hissəsi olub: "Bütün həll olunmamış məsələlər üzrə yeni maliyyə hədəfinə əsaslanan iddialı və balanslaşdırılmış paketə nail olmaq lazımdır. Uğursuzluq variant deyil".
Bu mövzuda digər xəbərlər:Antonio Quterreş: Razılaşma istəyi hiss olunur
21 Noyabr 2024 15:01
Antonio Quterreş: Razılaşma istəyi hiss olunur Xəbər saytı Son xəbərlər və Hadisələr
21 Noyabr 2024 15:27
“Əminəm ki, bu razılaşma Bakıda əldə olunacaq” Quterreş
12 Noyabr 2024 21:27
Quterreş Bakıdan səsləndi: Razılaşma əldə etməliyik!
21 Noyabr 2024 15:38
Baxış sayı:80
Bu xəbər 21 Noyabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















