Quterreş: Colan təpələri Suriya ərazisidir
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
BMT-nin Baş katibi Antonio Quterreş Dəməşqdə Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşüb.
Turkustan.az xəbər verir ki, tərəflər görüşdə Suriya ilə BMT arasında münasibətlərdə yeni mərhələnin başlandığını vurğulayıb, ölkənin yenidən qurulması, qaçqınların geri qayıdışı və Qolan təpələri ilə bağlı vəziyyəti müzakirə ediblər.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Şeybani bildirib ki, Quterreşin səfəri son 17 ildə BMT Baş katibinin Suriyaya ilk səfəridir və bu, iki tərəf arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
Nazir qeyd edib ki, Suriya dövlət nəzarəti altında silahların toplanması yolu ilə sərhədlərinin təhlükəsizliyini gücləndirməyə çalışır.
"Diqqətimizi dövlət nəzarəti altında silahların toplanması vasitəsilə sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsinə yönəltmişik", – deyə Şeybani bildirib.
O, həmçinin vurğulayıb ki, ölkədə dünyanın ən böyük könüllü geri dönüş proseslərindən biri yaşanır və indiyədək 3,5 milyon suriyalı vətəninə qayıdıb. Şeybaninin sözlərinə görə, Suriyanın əsas prioriteti yenidənqurma prosesidir və bunun üçün bütün məhdudiyyətlərin aradan qaldırılması, humanitar yardımdan davamlı inkişafa keçidi təmin edəcək hüquqi mexanizmlərin yaradılması vacibdir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 25 İyul 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















