“Qutu günahkar deyil” Valverde emosiyalarına aydınlıq gətirdi
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Federiko Valverde La Liqanın 24-cü turunda "Real Sosyedad"la oyundan sonra yaşanan hadisəyə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, futbolçu əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasının yanında olan buz qutusunu təpikləmişdi. Valverde sosial şəbəkə hesabında paylaşım edərək məsələni zarafatla şərh edib.
“Sakit olun, dostlar. Buz qutusunun günahı yoxdur. Qapıya zərbə vurmadığıma görə peşman olan mənəm”, - deyə yarımmüdafiəçi yazıb.
Qeyd edək ki, uruqvaylı yarımmüdafiəçi 73-cü dəqiqədə əvəzlənib. Valverde cari mövsüm La Liqada 23 oyuna çıxıb, bir qol vurub və altı məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:Valverde medianın “dalaşıblar” yazılarına aydınlıq gətirdi
08 May 2026 10:02
Arbeloa Valverde və Tçuameni arasındakı davaya aydınlıq gətirdi
09 May 2026 19:14
“Qara qutu” niyə Azərbaycana gətirilmədi? AZALın sabiq prezidenti aydınlıq gətirdi
08 Yanvar 2025 12:34
Valverde sükutu pozdu
18 Fevral 2025 20:02
Valverde Xviçadan danışdı
24 Yanvar 2025 20:46
Baxış sayı:142
Bu xəbər 15 Fevral 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















