Icma.az
close
up
RU
Quzu kəsimi ilə bağlı qadağa olacaq? AÇIQLAMA

Quzu kəsimi ilə bağlı qadağa olacaq? AÇIQLAMA

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması təklif edilib. Bildirilib ki, körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur.

Bəs heyvanların kəsimə uyğun yaşı nə vaxtdır? Hansı yaşdakı heyvanın ətinin qiyməti də ucuz olar?

Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Metbuat.az-a açıqlamasında mövzu ilə bağlı deyib ki, heyvan yetişdirən fermer onu nə vaxt və hansı yaşda kəsməyin sərfəli olduğunu bizdən daha yaxşı bilir:

"Həm də kiminsə əmlakına gedib qadağa qoymaq nə hüquqa, nə də bazar iqtisadiyyatının prinsiplərinə uyğun deyil. Adama deyərlər ki, mal mənimdirsə, istədiyim kimi istifadə edərəm, istədiyim yaşda kəsər və istədiyim qiymətə sataram. Əks halda burada vətəndaş və insan hüquqları, eləcə də əmlak hüququ pozulur".

Ekspert bu gün Azərbaycanda ətin qıtlığının heyvanların daha gənc yaşlarında kəsilməsindən qaynaqlandığını hesab etmir:

"Hazırda Bakıda "quzu əti" adı ilə 19-20 manata satılan ətlərin çoxu, əslində, quzu əti deyil, toğlu ətidir. Toğlu isə kəsimə tam yararlı heyvandır. Bu heyvanlar 18-20 kq çəkidə olurlar. Onlar altı aylıqdan bir yaşına qədər kəsildikdə əti kifayət qədər yumşaq olur, qida üçün tam yetkin sayılır və əti də tam yetişmiş olur. Bir ildən sonra isə heyvanların əti bərkiyir və onları kabab üçün istifadə etmək çətinləşir. Məsələn, bir ildən yuxarı heyvanın ətini bişirib yumşaltmaq üçün bir saat, bəzən iki saat vaxt lazımdır".

A.Nəsirli xırda buynuzlu heyvanlardan danışarkən bildirib ki, anadan olandan altı aylığına qədər onlar quzu sayılır:

"Altı aylığa qədər olan heyvanlar kəsildikdə onların əti tam yetişmiş olmur. Belə quzular adətən 8-12 kq ət verir. Bu yaşda heyvanı kəsmək fermerə sərfəli deyil, çünki çəkisi az olur. Heç bir fermer altı aylıq quzunu kəsimə vermək istəməz. Ancaq bəzi müştərilər var ki, 10 kq-lıq quzuya 300 manat ödəyir. Yəni quzunun hər kiloqramına 30 manat verirlər. Yalnız bu halda fermer quzu satır. Əslində, fermer quzu satmır. Bazar üçün alınan quzular kəsim üçün yox, yemlənmək üçün alınır. Onları alıb üç ay bəsləyirlər, sonra isə toğlu kimi bazara çıxarırlar".

Ekspert qeyd edib ki, gənc heyvanların kəsilməsi ətin qıtlığına səbəb olmur:

"Bu, sadəcə olaraq Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin diqqəti əsas problemlərdən yayındırmaq məqsədilə ortaya atdığı bir məsələdir.

İri buynuzlu heyvanlarda da vəziyyət eynidir. Heç kim altı aylıq iri buynuzlu heyvanı kəsməz. Adətən, bu heyvanlar doqquz aylıq, bir illik, il yarımlıq olanda kəsilir. İri buynuzlu heyvanların əti bir yaş yarımına qədər qida üçün yararlı sayılır. Bu yaşda əti yumşaq və qida dəyəri yüksək olur. Bir yaşından sonra isə tam yetişir və kəsimə hazır olur. Burada heç bir problem yoxdur. Fermerlər cavan heyvanları vaxtından əvvəl kəsməyə maraqlı deyillər".

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Mart 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri