Qvardiol Mançester Siti ilə danışıqları dayandırdı Bu kluba keçir
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
"Mançester Siti"nin müdafiəçisi Yoşko Qvardiol müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqları dayandırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı AS nəşri yayıb.
Mənbənin məlumatına görə, xorvatiyalı futbolçu "Real Madrid"in maraq dairəsinə düşdüyünə görə bu addımı atıb. İspaniya nəhənginin baş məşqçisi Joze Mourinyu 24 yaşlı futbolçunu müdafiəni gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir. Portuqaliyalı mütəxəssis oyunçunun çoxyönlü olması, həm mərkəz müdafiəçisi, həm də sol cinahda eyni dərəcədə effektiv oynaya bilməsindən məmnundur. Qeyd olunub ki, transfer asan olmayacaq, çünki "Mançester Siti" aparıcı oyunçularla ayrılmaq istəmir. Lakin Xosep Qvardiolanın gedişindən və Entso Mareskanın gəlişindən sonra klubda baş verən dəyişikliklər vəziyyətə təsir edə bilər.
Qvardiol 2023-cü ildən bəri İngiltərə klubunda oynayır və o vaxt "Leypsiq"dən 90 milyon avroya transfer olunub.
Cari mövsüm bütün turnirlərdə 25 matça çıxan 24 yaşlı futbolçu 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun MS ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 12 İyun 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















