Qvardiola İtaliya millisinə baş məşqçisi təyin edilsin! Bonucci
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İtaliya millisinin və “Yuventus”un sabiq kapitanı Leonardo Bonucci ölkə futbolunda köklü dəyişikliklərin vacibliyini vurğulayıb.
QOL.az "Footmercato"ya istinadən xəbər verir ki, eks müdafiəçi ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyən İtaliya yığmasının tam yenidən qurulmalı olduğunu bildirib.
“Əsas məsələ İtaliya futbolunu tam şəkildə yenidən qurmaqdır, bunu müdafiədən başlamaq lazımdır. Reallıqla üzləşmək üçün cəsarət tapmalıyıq ki, yenidən dünyanın hörmətini qazanaq və vaxtilə dünya çempionu olan böyük komandaya çevrilək. Çox istedadlı gənc futbolçularımız var. Onlara inkişaf etmək üçün zaman verilməlidir. Zaman yeganə real möcüzə vasitəsidir”.
O, həmçinin yığma üçün ideal baş məşqçi namizədini də açıqlayıb. Bonuççi bu vəzifəyə hazırda "Mançester Siti"ni çalışdıran Pep Qvardiolanı layiq gördüyünü deyib: “Əgər köklü dəyişikliklər istəyiriksə, Pep bu iş üçün uyğun insandır. Bu çətindir, amma xəyal qurmaq pulsuzdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 21 Aprel 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















