QvineyaBisau XİN rəhbəri: İndi ən vacib məsələ Azərbaycanla ikitərəfli əməkdaşlığa başlamaqdır
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İndi ən vacib məsələ bizim ikitərəfli əməkdaşlığa başlamaqdır. Nümayəndə heyətimizdə təmsil olunanlardan 7 nəfəri keçmişdə Azərbaycanda təhsil alıb.
Bunu Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike de Xesus Pinto Pereira xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.
“Bizim ölkə təbii resurslarla zəngindir. Azərbaycanın da bu sahədə təcrübəsi var. Sizin təcrübənizlə biz bu sahələrdə inkişafımızı təkmilləşdirmiş olacağıq. Biz gələn il Azərbaycanda Qvineya-Bisau tələbələrinin təhsil alması proqramını başladacağıq. Mümkün qədər tez şəkildə biz siyahını hazırlayacağıq”.
Nazir Azərbaycan nümayəndə heyətini ölkəsinə səfərə dəvət edib: "Azərbaycandan nümayəndə heyəti bizim ölkəmizə gəlsin, potensialımızı görsünlər və investisiya imkanlarını nəzərdən keçirsinlər".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 02 Dekabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















