Icma.az
close
up
RU
Radiotezliklər üzrə Dövlət Komissiyası bu il 25 müraciətə müsbət cavab verib

Radiotezliklər üzrə Dövlət Komissiyası bu il 25 müraciətə müsbət cavab verib

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-mart aylarında Radiotezliklər üzrə Dövlət Komissiyasına 25 müraciət daxil olub. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlardan 3-ü radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, 4-ü birgə istifadə, 5-i gəmilərdə istifadə edilən radio avadanlıqlar, 5-i GNSS (Global Navigation Satellite System) məlumatlarının ötürülməsi, 1-i trank radiorabitə şəbəkəsinin təşkili üçün, 3-ü rəsmiləşdirmə, 1-i simsiz giriş şəbəkələri (Wi-Fi simsiz texnologiya (2.4 QHs)), 1-i mobil rabitə üçün, 2-si radiolokasiya üçün (radiozond) radiotezliklərin ayrılması ilə bağlı olub.

Komissiyanın iclasında radiotezliklərin ayrılması ilə bağlı 25 müraciətin hamısı müsbət cavablandırılıb və müvafiq icazələr verilib.

Bundan başqa, iclasda tezliklərin ayrılmasına icazə verilmiş, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraq könüllü olaraq radiotezlik istifadəsindən “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq imtina edən 8, “Telekommunikasiya haqqında” qanuna uyğun olaraq, radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində Dövlət Radiotezliklər İdarəsi ilə radiotezliklərdən istifadəyə dair müqavilə bağlamayan 10, habelə “Telekommunikasiya haqqında” qanuna uyğun olaraq, radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəlikləri yerinə yetirilməyən, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişləri tam aparmayan və ayrılmış radiotezlikləri 3 ay müddətində istifadə etməyən 2 tezlik istifadəçisi üçün tezlik ayrılması barədə qərarlar ləğv edilib. Ümumilikdə 20 ədəd tezlik resursu (radiotezlik nominalı) dövlət resursu kimi geri alınıb.

İclasda həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının yayımladığı ən son Radiorabitə Reqlamentinə uyğun olaraq yenilənmiş “Tezlik zolaqlarının ayrılması Cədvəli” təsdiq edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Aprel 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri