Rafael Ağayev Monteneqroya yola düşür
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünya karatesinin canlı əfsanəsi Rafael Ağayev ölkə xaricindən aldığı çoxsaylı təkliflər arasında Monteneqroya yollanmağa qərar verib.
News24.az xəbər verir ki, 6 qat dünya, 11 qat Avropa çempionu və Tokio Olimpiadasının gümüş medalçısı olan Ağayev bu ölkənin Bar şəhərində 2 günlük seminar keçirəcək. Seminar martın 8-9-da baş tutacaq və U-12, U-14, kadetlər, gənclər və böyüklər iştirak edə bilərlər.
Canlı əfsanənin təlimlərinə qatılmaq istəyən məşqçilər 50, idmançılar isə 75 avro ödəməlidirlər.
Qeyd edək ki, Rafael Ağayev martın 4-də 40 yaşını tamamlayacaq və tez-tez xarici ölkələrdə seminarlar keçirərək bilik və təcrübəsini digər karateçilərlə bölüşür./publika
Baxış sayı:134
Bu xəbər 03 Mart 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















