Rafael Fiziyevdən məğlubiyyət şərhi: “Yaxşıca döyüldüm, amma geri qayıdacağam”
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, Rafael Fiziyev Avstraliyanın Sidney şəhərində keçirilən UFC 325 turnirində braziliyalı Maurisio Ruffiyə məğlub olub.
Moderator.az xəbər verir ki, “Ataman” ləqəbli idmançı sosial şəbəkə hesabında paylaşım edərək döyüşün nəticəsini şərh edib:
“Nə deyə bilərəm ki? Deyəcək sözüm yoxdur. Yaxşıca döyüldüm. Texniki nokaut... Amma nə etmək olar? Mən cəsarətimin çatdığı həyatı yaşayıram. Bəli, buna cürətim çatır. Hər kəsin bu cür yaşamağa cəsarəti çatmır. Mən döyüşçüyəm, geri qayıdacağam. Özümü inkişaf etdirəcəyəm, irəli gedəcəyəm və hamını qələbələrimlə sevindirməyə çalışacağam. Bunun öhdəsindən gələcəyəm. Dəstək olan hər kəsə təşəkkür edirəm. Bu dəfə alınmadı, amma hələ hər şey irəlidədir!”
Qeyd edək ki, 32 yaşlı Rafael Fiziyev döyüşün ikinci raundunun sonunda (4:30) rəqibinin güclü zərbələrindən sonra texniki nokautla uduzub. Bu, onun peşəkar karyerasında 5-ci məğlubiyyətidir.
(teleqraf)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 01 Fevral 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















