Rafael Hüseynov: Türkoloji qurultay Azərbaycanın dil mərkəzi kimi elan edilməsi üçün zəmin oldu
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir xalqın torpağını əlindən alsalar, yaşayar. Lakin dilini silsələr, həmin xalqın yaşaması mümkünsüz olar.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perpsektivlər" mövzusunda konfransda Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov çıxışı zamanı deyib.
Rafael Hüseynov qeyd edib ki, Şah İsmayıldan dilimizlə bağlı bizə yadigar qalan fərmanlar var.
"Məhəmməd Füzuli ana dilimizdə "Hədiqətüs-Süəda" əsərini ona görə türkcə yazmışdı ki, bütün prosesləri bizim millətimiz anlasın. 20-ci əsrin əvvələrində Azərbaycan maarifçiləri dilin qorunması istiqamətində ciddi işlər görüb. Nəriman Nərimanov, Üzeyir Hacıbəylinin dilimiz naminə həyata keçirdiyi tədbirlər danılmazdır",- vitse-spiker əlavə edib.
Onun sözlərinə görə, Türkoloji qurultay Azərbaycanın dil mərkəzi kimi elan edilməsi üçün zəmin oldu.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 08 Dekabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















