Rafael Nadal “Real Madrid”in rəhbərliyinə daxil olur
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniyanın “Real Madrid” futbol klubunun rəhbərliyinə tennis əfsanəsi Rafael Nadalın daxil edilməsi planlaşdırılır.
İdman.Biz xəbər verir ki, Madrid təmsilçisinin Direktorlar Şurası noyabrın 4-də keçirilən iclasında 22 dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi olan sabiq tennisçinin quruma üzv qəbul edilməsi barədə qərar qəbul olunub.
Lakin Nadalın təyinatı noyabrın 21-də keçiriləcək klub üzvlərinin növbədənkənar Baş Assambleyasında təsdiqlənməlidir.
Uşaqlıqdan “Real Madrid” azarkeşi olan 40 yaşlı ispaniyalı 15 ildən artıqdır ki, klubun fəxri üzvüdür. O, təklifə müsbət cavab verərək klubun prezidenti Florentino Peresə və rəhbərliyə təşəkkürünü bildirib.
Nadal yeni vəzifəsində öyrənməyə və komandaya mümkün qədər töhfə verməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Rafael Nadal peşəkar karyerası ərzində 92 fərdi titul, o cümlədən 22 “Böyük Dəbilqə” çempionluğu qazanıb. İkiqat Olimpiya çempionu 2024-cü ilin noyabrında karyerasını başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 04 Noyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















