Icma.az
close
up
RU
Rafael tablosundakı sirr: Süni intellekt yad əli üzə çıxardı

Rafael tablosundakı sirr: Süni intellekt yad əli üzə çıxardı

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Süni intellektlə edilən yeni analiz Renessans ustası Rafaelə (Raphael) aid edilən Madonna della Rosa adlı tablodakı bir üzün böyük ehtimalla rəssamın özünə məxsus olmadığını göstərib.

Qaynarinfo xəbər verir ki, "Science Alert" nəşrinin məlumatına görə, əsərdə yer alan bu üz Rafael tərəfindən çəkilməyib.

Süni intellekt insan gözündən yayınan detalları aşkar edə biləcək şəkildə öyrədilə bilir. Yeni hazırlanmış metod Rafaelə aid olduğu düşünülən tabloda diqqətçəkən bir fərqi üzə çıxarıb. Analizə əsasən, əsərdəki üzlərdən biri ustanın fırçasından çıxmayıb.

Söhbət Madonna della Rosa tablosunun sol yuxarı hissəsində təsvir edilən Müqəddəs Yusif fiqurunun üzündən gedir. Əsərin bütövlükdə Rafael tərəfindən çəkilib-çəkilmədiyi sənət tarixçiləri arasında uzun illərdir mübahisə mövzusudur.

Mənşəyi qeyri-müəyyən tablo

Mənbələrdə Madonna della Rosa tablosunun 1667-ci ildə İspaniyada bir monastırda asılı olduğu qeyd edilir. Əsər 1857-ci ilə qədər burada qalıb, daha sonra İspaniya Milli İncəsənət Muzeyinin kolleksiyasına daxil edilib. Lakin 1667-ci ildən əvvəlki tarixi hələ də məlum deyil.

Tablo İspaniyada olduğu dövrdə tam şəkildə Rafaelə aid edilib. Bununla belə, bəzi mütəxəssislər Müqəddəs Yusif fiqurundakı rəng palitrası və texniki işlənmənin digər fiqurlardan açıq şəkildə fərqləndiyini, Rafael emalatxanasından başqa sənətçilərin də işə cəlb oluna biləcəyini irəli sürüblər.


"Emalatxana töhfəsi” ehtimalı

Bredford Universitetindən kimyaçı Howell Edwards tablonun xüsusilə Rafaelın tələbəsi Giulio Romano və ehtimal ki, Gianfrancesco Penni ilə əlaqələndirildiyini bildirib. Edwards, "İspaniyada əsərin orijinal müəllifliyi heç vaxt ciddi şəkildə sorğulanmayıb”, – deyə qeyd edib.


Süni intellekt təhlilə qoşuldu

Mübahisəyə yeni ölçü qazandıran tədqiqat Böyük Britaniya və ABŞ-dan olan alimlər tərəfindən hazırlanmış süni intellekt əsaslı analiz metodu ilə aparılıb.

Bredford Universitetindən riyaziyyatçı və kompüter alimi Hassan Ugail-in rəhbərlik etdiyi tədqiqat qrupu alqoritmi müəllifliyi dəqiq təsdiqlənmiş Rafael tabloları əsasında öyrədib.

Ugail bildirib ki, "dərin xüsusiyyət analizi” vasitəsilə kompüterə Rafael üslubu – fırça hərəkətlərindən tutmuş rəng palitrasına, kölgələndirmədən kompozisiyaya qədər – çox detallı şəkildə tanıdılıb.

 

Nəticə: Müqəddəs Yusifin üzü başqa biri tərəfindən çəkilib

Qeyd olunur ki, istifadə edilən metod Rafael tablolarını ayırd etmədə daha əvvəl 98 faiz dəqiqlik göstərib. Bu tədqiqatda isə tablo təkcə bütöv şəkildə deyil, ayrı-ayrı üzlər üzrə də təhlil edilib.

Analiz nəticələrinə görə, Madonna, Körpə İsa və Müqəddəs Yəhya fiqurları Rafaelə aid görünür. Lakin Müqəddəs Yusifin üzü bu təsnifata daxil olmayıb. Əvvəlki müzakirələrdə də həmin üzün digərləri ilə müqayisədə daha "zəif” işlənməsi diqqətə çatdırılmışdı.

Ugail, "Tablonu bütöv şəkildə analiz etdikdə nəticələr qəti deyildi. Ancaq hissələri ayrıca araşdırdıqda Müqəddəs Yusifin üzünün böyük ehtimalla Rafaelə aid olmadığı üzə çıxdı”, – deyə bildirib.

Müasir texnologiyanın sənət tarixində rolu

Araşdırma klassik sənət əsərlərinin sirrlərinin açılmasında müasir texnologiyanın artan roluna daha bir nümunə kimi qiymətləndirilir.

1518–1520-ci illər arasında kətan üzərində çəkildiyi ehtimal edilən Madonna della Rosa tablosunda Rafaelın bütün fiqurları şəxsən özü yaratmamış ola biləcəyi barədə şübhələr hələ XIX əsrin ortalarından səsləndirilirdi. Süni intellekt dəstəkli bu analiz həmin şübhələri xeyli gücləndirib.

Bununla yanaşı, tədqiqat qrupu süni intellektin sənət tarixçilərinin və ekspertlərin yerini tutmayacağını xüsusilə vurğulayır.

Günay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Fevral 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri