Icma.az
close
up
RU
“Rafet istəyirdi ki, adı mənimlə hallansın”

“Rafet istəyirdi ki, adı mənimlə hallansın”

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aktrisa Pərvin Abıyeva sənət fəaliyyəti ilə bağlı açıqlama verib. OLAY yazır ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” proqramında danışıb. 

O bildirib ki, gələn hər təklifi dəyərləndirmir:

“Özümün kriteryalarım var. Gələn hər təklifi dəyərləndirmirəm. Ssenarinin dolğunluğu və çalışacağım insanlar mənim üçün çox önəmlidir. O demək deyil ki, bir insanla küsülüyəmsə, onunla çalışmayacağam. İşlədiyim insanın iş və insani keyfiyyəti vacibdir.Məni çox vaxt kaprizli tanıyırlar. Çox vaxt eşidirəm. Əslində mənimlə çalışan adamlar bilirlər ki, belə deyil. Niyə haqqımda belə iddialar yayıblar bilmirəm. Haqqımda o qədər iddialar var idi. Hansı ki, olmayan şeyləri yazırdılar. Onu elə bəzəyirdilər ki, bəzən özüm inanırdım. Deyirdim ki, bəlkə burada doğrudan da var. Yaxşı fikirləşim, sonradan “zibili çıxmasın”. İnsanı özündən şübhəyə salırdılar. Elə olurdu ki, çimərlikdə günəşlənəndə həmin xəbərləri oxuyurdum, başlığı oxuyub məəttəl qalırdım. Bilirdim ki, heç kim xəbərin içini açıb oxumayacaq. Oxumurdular, şərh yazırdılar. Mən çimərlikdə necə hönkür-hönkür ağlayırdımsa... Haqqımda deyilməyən söz qalmırdı. Guya videomu da çıxardılar. Halbuki mən deyildim. Ona görə nə desələr də, nə etsələr də, məni qıcıqlandırmır. Mənim malımın-mülkümün çəkilib, şəkli ilə xəbər yazılmasını sevmirəm. Hətta rəqəmi ilə qeyd etmələrini... Məni qıcıqlandırır, bununla bağlı da jurnalistlərlə mübahisələrim olub. Çünki olanı-olmayanı var. Əgər üç nəfər “xeyirli olsun” yazırsa, 50 nəfəri də yazacaq ki, haradan alıb? İstər-istəməz insandır nəfsi qala bilər. Sənətimə yenidən ağırlıq vermək istəyirəm. Başqa işlərlə də məşğulam. Özüm film çəkmək barədə düşünürəm. Türkiyədə də çox layihələrim var. Yutubda bir layihəm var idi. Özüm üçün test kimi bir neçə veriliş çəkdim. Maqazin proqramları ilə bağlı aparıcılıq təklifi çox gəlib. Heç birində alınmayıb. Sonuncu təklifdə də dekorda və digər nüanslarda mənim istədiyimin tam əksini etdilər. Alınmadı. Aparıcılıq sevdasından vaz keçmişəm. Məndən qorxurlar. Qiymət məsələsinə görə çəkinirlər. Anlamırlar ki, siz məni tanınmışlığıma görə çəkirsiniz, oradan gələn reytinqdən pul qazanmaq istəyirsiniz. Onda mən də qazanmalıyam axı. Məsəl üçün, mənə 1000-2000, 3000-5000 manat təklif edirlər, razılaşmıramsa, gedib o qiymətə tanınmayan başqa aktrisayla danışırlar. Onun da efekti olmur. Oyun baxımından yox, reklam baxımından efekti olmur. O ki qaldi Türkiyədə fəaliyyətə... Məsələn, Nəsrin Cavadzadənin müsbəti ondadır ki, o, Türkiyədə böyüyüb. Ona orada yaşamaq rahatdır. Mən orada təhsil alanda bir neçə menecerdən təklif gəldi. Sadəcə təklifdə olan bəzi maddələr məni qorxudub. Hansı ki, onların qanunlarıdır. Beş illik müqavilədir, o müddət ərzində onlar nə istəsə, onu etməlisən. Mən də azadlığıma önəm verən insanam. Tez-tez ölkəmə gedib-gəlmək istəyirəm, buna icazə vermirlər. Onların istədiyi kimi həyatını qurmalısan. Türkiyə şou-biznesindəki populyarların həyatının çoxu yalandır. Məsələn, iki məşhur sima guya sevgilidir, lakin əslində belə deyil. Biri digərini məşhur etmək üçün pul alır. Mənə o vaxt demişdilər ki, gəl, səni filankəslə sevgili edək, elə bilsinlər ki, sevgilisiniz. Rafet El Roman deyil, başqası idi. Əslində Rafet özü istəyirdi ki, adı mənimlə hallansın. Mən də söhbətdən elə çıxdım ki, alındıra bilmədi. Mən sevmirəm elə şeyləri. Əgər doğrudan münasibət varsa, üzə çıxacaq. Yalandan camaata başqa cür göstərim, pul verim ki, guya sevgiliyik... Yox”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Noyabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see147

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see145

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see138

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see135

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see132

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see127

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see121

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see118

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see117

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see115

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see114

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see108

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see108

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri