Xocalıda ekoloji iməcilik FOTOLAR
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Xocalı rayonunun Dağdağan kəndindəki gölün ətrafında ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə iməcilik təşkil olunub.
Bu barədə Bakıvaxtı.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, ekoloji aksiyada Qarabağ Universitetinin tələbələri və Xankəndi şəhərində fəaliyyət göstərən otellərin əməkdaşları fəal iştirak ediblər. İməcilik zamanı tələbələr və könüllülər tərəfindən gölün ətrafı tullantılardan təmizlənib.
Qeyd edək ki, aksiyanın əsas məqsədi təbiət qoynunda istirahət zamanı ətraf mühitin çirkləndirilməsinin, canlı təbiətə zərər vurulmasının və meşə yanğınlarının qarşısını almaq üçün maarifləndirmə və ekoloji məsuliyyət hissinin təşviq edilməsi olub.
Baxış sayı:123
Bu xəbər 24 Aprel 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















