Rahmondan MDB çərçivəsində nəqliyyatla bağlı çağırış
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tacikistan Prezidenti Emoməli Rahmon MDB çərçivəsində nəqliyyat əlaqəliliyinin, ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişafının vacibliyini vurğulayıb.
Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə Emoməli Rahmon MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, sənaye kooperasiyası, təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət, texnoloji əməkdaşlıq, rəqəmsallaşma, süni intellekt, "yaşıl iqtisadiyyat"ın inkişafı və bərpaolunan enerji sahəsində layihələrin həyata keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir.
O qeyd edib ki, mövcud olduğu 35 il ərzində MDB siyasi dialoq, iqtisadi və humanitar əlaqələrin inkişafı, eləcə də təhlükəsizlik risklərinə və çağırışlarına birgə reaksiya verilməsi üçün bir meydança kimi öz tələbatlılığını təsdiq edib.
E.Rahmon bildirib ki, Tacikistan BMT və digər beynəlxalq tərəfdaşları ilə birlikdə 2027-ci ilin iyun ayında Düşənbədə 2027-2036-cı illər üçün Gələcək Nəsillər Naminə Sülhün Möhkəmləndirilməsi Beynəlxalq Onilliyinin rəsmi açılışına həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfrans keçirməyi planlaşdırır.
O, həmçinin Tacikistanın MDB çərçivəsində gələcək konstruktiv əməkdaşlığa sadiqliyini vurğulayıb.
Baxış sayı:56
Bu xəbər 09 Oktyabr 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















