Icma.az
close
up
RU
“Raket müharibəsi”nin nəticəsi: “İran məğlub, İsrail istəyinə çatmış, ABŞ qalibdir”

“Raket müharibəsi”nin nəticəsi: “İran məğlub, İsrail istəyinə çatmış, ABŞ qalibdir”

Ayna saytına istinadən Icma.az xəbər verir.

Deputat: “Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil”

İsraillə İran arasında davam edən müharibə 12 gündən sonra atəşkəslə yekunlaşdı. Ötən gün ABŞ Prezidenti Donald Tramp elan etdi ki, tərəflər atəşkəsə razılaşıblar və bu, alqışlanmalı haldır. Amerika lideri atəşkəsi “sülh” kimi təqdim edib. Tramp gecə saatlarında etdiyi paylaşımında 6 saat ərzində ilk olaraq İranın, sonra isə İsrailin atəşkəsə başlayacağını bildirib. Onun sözlərinə görə, 24 saat ərzində 12 günlük müharibənin rəsmi sonu olmalıdır. İsrailin Baş naziri Benyamin Netanyahu da bəyan edib ki, İsraillə İran atəşkəsə razılaşıb, amma “Tehran bunu pozsa, nəticələri ağır olacaq”.  

Dünən İran mediası məlumat yayıb ki, İran və İsrail arasında atəşkəs rejimi qüvvəyə minib. Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında paylaşım edərək ölkəsinin İsrailə qarşı hərbi əməliyyatları yerli vaxtla 04:00-da (Bakı vaxtı ilə 04:30) dayandırdığını yazıb. Nazxir həmçinin İsrailə iyunun 13-dən bu günə qədər davam edən hücumlarda iştirak edən iranlı hərbçilərə minnətdarlığını bildirib.

Atəşkəsdən sonra hər iki tərəf – həm İran, həm də İsrail qalib gəldiklərini elan ediblər. Rəsmi Təl-Əviv məqsədinə çatdığını, lazımi hədəfləri vurduğunu, Tehran isə İsrailin məqsədinə çata bilmədiyini, “şər hücuma layiqli cavab” verdiyini iddia edib.

Ekspertlər isə “raket müharibəsi” adlandırılan bu savaşda tərəflərin yox, müharibəyə bir neçə saatlıq qoşulan, İrandakı üç nüvə mərkəzini vuran və atəşkəsə nail olduğunu açıqlayan ABŞ-ın qalib gəldiyi qənaətindədirlər. Bununla belə, analitiklər hesab edirlər ki, Yaxın Şərqdə sülhün bərqərar olacağını iddia etmək olmaz.

Atəşkəs və bundan sonrakı proseslərlə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin deputatı Hikmət Məmmədov deyib ki, bu müharibədə hər iki ölkənin infrastrukturuna ciddi ziyan dəydi:

- Həmçinin tərəflərin hərbi arsenalına, potensialına zərbə vuruldu. Amma mənə elə gəlir ki, hibrit müharibələrin içərisində psixoloji baxımdan eyni suala cavab axtarılır: kim uddu? 12 gündən sonra atəşkəsin əldə edilməsindən sonra tərəflərin bəyanatlarına baxmaq lazımdır. Tehran dərhal bəyanat verdi ki, İran qalib gəldi. İranın xarici işlər naziri Abbas Əraqçi bildirdi ki, İran ordusu sonadək savaşdı və qalib gəldi. Eyni zamanda, israil də iddia edir ki, savaşda qalib gəlib. Hesab edirəm ki, savaşın qalibi olmasa da, atəşkəsin əldə olunması müsbət haldır. Müharibənin isti fazasından sonra nəticələr yeni nəticələr doğuracaq. Bu, ideoloji müstəvidə, ictimai müstəvidə, iqtisadi müstəvidə baş verəcək. Beləlikləı, yeni davranışlar ortaya çıxacaq. Əlbəttə, siyasi və ictimai proseslərdə həm də yönləndirmə prosesləri baş verəcək.

- Belə iddialar var ki, atəşkəs tezliklə pozulacaq. Dediyiniz dəyişikliklər tezliklə olacaq, yoxsa zaman keçdikcə?

- İsrail tərəfi hücumun ilk günündə bəyan etmişdi ki, iki həftə ərzində hədəfləri zərərsizləşdirib dayanacaq. Əslində bu gün baş verən də məhz budur. Bu gün Tramp atəşkəsi yenilik kimi təqdim etsə də, görünən odur ki, əvvəlcədən müəyyənləşdirilən planın birinci mərhələsi başa çatdı. Yəqin ki, qarşıda növbəti mərhələlər var və biz o mərhələlərə nə zaman start veriləcəyini dəqiq deyə bilmərik.

- Bu savaşda İsrailin və İranın qazancı nə oldu, itirdiyi nə?

- Əslində qazanan tərəf əvvəlcədən bəlli idi. 90 milyon əhalisi, 1 milyon 600 min kvadrat kilometr ərazisi olan İranla cəmi 22 min kvadrat kilometr ərazisi, 10 milyon əhalisi olan ölkənin qarşıdurmasında nəticələrə baxmaq lazımdır. Müharibənin ilk gününün nəticələrinə baxsaq, qalib bəllidir. İkincisi, hərb tarixində qeyri-proporsional savaşlara şahidlik etmişik. Yəni demək istəyirəm ki, belə hallar olur. Əgər bir ölkə 15 raket atır, nəticədə bir avtobusa dəyir, beş nəfər xəsarət alırsa, raket atanın qalib olmasını iddia etmək doğru deyil. Söhbət İrandan gedir. Qarşı tərəf, yəni İsrail isə illərlə sərmayə qoyulan, işlənən nüvə obyektlərini məhv etdi. Bir gecədə İran ordusu elitasını demək olar ki, itirdi. Obyektiv olsaq, deməliyik ki, müharibədə üstün tərəf bəllidir. Amma yenə də deyirəm, bütün müharibələrdə qalib tərəf sülh olmalıdır.

- Bəziləri deyir ki, bu münaqişənin bir qalibi var – ABŞ və onun lideri Tramp. Bu fikirlə razısınız?

- Əsl qalib məhz ABŞ və Trampdır. Doğrudan da ABŞ bir güllə ilə birdən çox hədəfi vurmağı bacardı. Birincisi, müharibənin başlama səbəbkarı kimi görünmədi, halbuki savaşda Vaşinqtonun əli var. İkincisi, Tramp seçki kampaniyası vaxtı verdiyi vədi, “dünyaya sülh gətirəcəyəm” vədini reklam etməyi bacardı. Doğrudan da, göründü ki, ABŞ-ın vasitəçiliyi ilə atəşkəs əldə olundu. Üçüncüsü, Avropaya bir daha göstərdi ki, NATO-nun bazalarına, gücünə ehtiyac olmadan birbaşa ABŞ istədiyi yerdə istədiyi hədəfləri vura bilir. Eyni zamanda, ABŞ əzəli rəqiblərinə - Rusiya və Çinə göstərdi ki, hər şeyə qadir ölkədir. Hegemon olduğunu iddia edən ABŞ bir daha nümayiş etdirdi ki, onun iradəsinin üzərində iradə yoxdur və dünyanın istənilən yerində istənilən hədəfi vura bilir, heç kimdən də kömək almır.

Həmçinin bu prosesdə bəzi ölkələrin “toxunulmazlığı” aradan qalxdı. Yaxın Şərqdə bəzi ölkələr İsraili hər şeyə qadir bir ölkə kimi təqdim edirdilər və Yaxın Şərqin tək güclü aktoru kimi qəbullandırmaq istəyirdilər. Amma bəlli oldu ki, İsrail heç də toxunulmaz ölkə deyil. Yəni İranın İsrailə cavabı kifayət qədər güclü oldu və heç kim belə gözləmirdi. Əlbəttə, ümumi qiymətləndirmə aparanda, İran məğlub, İsrail istəyinə çatmış, ABŞ isə qalibdir.

- Bu atəşkəsdən sonra bölgəyə sülhün gəlməsi mümkün olacaqmı?

- Əlbəttə, sülh mümkün deyil. Bu toqquşma ilə tərəflər bir-birlərinin güclü və zəif tərəflərini yenidən kəşf etdilər. Məsələn, İsrailə aydın oldu ki, “Dəmir Qübbə kompleksi heç də deyildiyi potensialda deyilmiş. İrana bəlli oldu ki, belə ordu ilə ölkəni qorumaq, məqsədə çatmaq olmaz. Bir də Yaxın Şərq kimi mürəkkəb bölgədəki digər aktorlar da müharibəni kənardan müşahidə etdilər və özlərinin potensiallarına baxdılar. Bütün bunlar gələcəkdə Yaxın Şərqdə müharibənin alovlanacağı proqnozuna əsas verir. Demək ki, maraqlı qüvvələr zəif yanlarını gücləndirməyə, yeni, müasir silahlarla silahlanacaqlar ki, bu, məsələnin pis tərəfidir. Yəni ki, Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil. Tezliklə toqquşma gözlənilməsə də, bir müddətdən sonra yenidən qarşıdurmanın şiddətlənməyəcəyinə zəmanət yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://ayna.az
archiveBu xəbər 25 İyun 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri