Ralf Horlemann: Azərbaycanda Orta Dəhlizin fəaliyyəti üçün geniş infrastruktur layihələr həyata keçirilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 6 oktyabr, AZƏRTAC
Avropa ilə Asiya qitələri arasında ticarət əlaqələrinin inkişafına böyük stimul verən Orta Dəhliz sülh prosesi üçün də əhəmiyyət kəsb edir. Çünki söhbət Azərbaycanın Ermənistan üzərindən Türkiyə və Avropa İttifaqı ilə birləşməsindən gedir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Bakıda keçirilən Almaniya-Azərbaycan ixracat və maliyyə konfransı çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Diplomat vurğulayıb ki, Azərbaycanda Orta Dəhlizin fəaliyyəti üçün geniş infrastruktur layihələri həyata keçirilib.
“Yüklərin qatar və avtomobillə daşınması üçün imkanlar yaradılıb ki, bunlar da yüksək qiymətləndirilir. Biz Azərbaycanın yol, dəmir yolu, limanlar və ümumilikdə ticarət üçün son dərəcə vacib olan infrastruktur sahəsinə yatırdığı bütün investisiyaları yüksək qiymətləndiririk. Bu, həm alman şirkətlərinin idxal və ixrac əməliyyatları üçün, həm də investorlar üçün müsbət tendensiyadır. Azərbaycanın formalaşdırdığı infrastruktur layihələr və investisiya mühiti şirkətlər üçün yaxşı imkanlardır”, - deyə səfir vurğulayıb
Baxış sayı:34
Bu xəbər 07 Oktyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















