Icma.az
close
up
RU
Ramazan ayı barış, paylaşmaq, birlik ayıdır

Ramazan ayı barış, paylaşmaq, birlik ayıdır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;


Ona görə Ramazan ayında digər dinlərin nümayəndələrinə, onların bayramlarına, adət-ənənələrinə daha çox diqqət, hörmət göstərilir



Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin harmonik şəkildə bir araya gəldiyi nadir ölkələrdən biridir. Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir. XIX əsrin 60-cı illərində inşa edilmiş, erməni dilində beş mindən artıq kitabın mühafizə edildiyi bu kilsəni Azərbaycan hökuməti uzun müddətdir ki, tarixi mədəniyyət abidəsi kimi qoruyur. Hətta Azərbaycanla Ermənistan arasında münaqişənin hökm sürdüyü şəraitdə belə kilsənin bir daşına da toxunulmayıb. Üstəlik, 2010-cu ildə bütün ermənilərin katalikosu II Qareginin bu dini obyekti ziyarət etməsinə imkan yaradılıb. Azərbaycanda hökm sürən dini tolerantlığa bundan yaxşı nümunə axtarmaq lazım deyil. Amma söhbət təkcə ermənilərdən getmir. Şərqlə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycan əsrlər boyu müxtəlif dinlərə sitayiş edən insanlar üçün Vətən olub. Ölkəmizdə müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri qarşılıqlı hörmət, sülh şəraitində birgə yaşayıblar. Azərbaycandakı tarixi memarlıq abidələrinə, arxitektura nümunələrinə də nəzər yetirsək, müxtəlif dinlərin izlərini görmək mümkündür. Dini müxtəliflik bu gün də var. Hazırda ölkəmizdə 995 dini qurum dövlət qeydiyyatındadır ki, bunun da 957-si islam, 27-si xristian, 8-i yəhudi, 2-si bəhayi,biri isə krişna təmayüllüdür. Azərbaycanda 2258 məscid, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Bütün ölkə vətəndaşlarının istədikləri dinə inanmaq və sitayiş etmək azadlığı təmin olunub ki, bu da dini tolerantlığın və multikulturalizmin başlıca şərtidir. 

Azərbaycanda bütün dinlərə eyni dərəcədə hörmətlə yanaşıldığı üçün bütün dini bayramlar cəmiyyətdə ehtiramla qarşılanır. Müsəlmanlar Ramazan və Qurban, xristianlar Pasxa, yəhudilər isə Hanuka bayramını sərbəst keçirirlər. Bu bayramları cəmiyyətin bütün təbəqələri rəğbətlə qarşılayır. Ramazan bayramı Azərbaycanda tarixi və mədəni ənənələrlə qovuşaraq milli kimliyimizin mühüm parçasına çevrilib. Bu dəyərlər ölkəmizdə milli və dini həmrəyliyin bariz nümunəsidir. Müxtəlif dini bayramların ehtiramla qeyd olunması Azərbaycanda dini tolerantlığın güclü olduğunu göstərir. Bu ənənə Azərbaycanın dünya miqyasında nümunəvi multikultural ölkə kimi tanınmasına töhfə verir. Azərbaycan sovet ittifaqının tərkibində olanda dini bayramların keçirilməsinə məhdudiyyət qoyulsa da, xalqımız heç vaxt Ramazan bayramını unutmayıb. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra müxtəlif dini bayramlar öz möhtəşəmliyini qazanıb. Azərbaycandakı multikultural dəyərlər özünü bayramlarda da göstərir. Ramazan, Qurban və digər dinlərə xas bayramlar, sadəcə, inanclı insanlar üçün deyil, ümumiyyətlə, cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Dövlətimizin multikultural dəyərləri bu fərqli bayramları sərbəst şəkildə qeyd etməyə imkan yaradır. Bu da Azərbaycanı dünya miqyasında nümunəvi multikultural ölkə kimi tanıdır. Ölkədə multikulturalizmin inkişafı nəticəsində müsəlmanlar, xristianlar, yəhudilər və dini icmalar bir-birilərinə bayram günlərində təbriklər göndərirlər. Bu isə Azərbycanda dövlət-din münasibətlərinin inkişafı ilə bağlı həyata keçirilmiş uzunmüddətli siyasətin məntiqi nəticələridir.  

Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər. Xatırladaq ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 2022-ci ilin martında bu ibadət ocağının təməlqoyma mərasimində iştirak ediblər. Məsciddə yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının təşəbbüsünə və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib və ya əsaslı şəkildə bərpa edilib. Qeyd edək ki, işğal zamanı məscidlərimiz də vəhşiliklə dağıdılıb, 67 məsciddən 65-i məhv edilib. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda aparılan geniş quruculuq işləri çərçivəsində yeni məscidlərin inşası da mühüm yer tutur. Suqovuşan kəndindəki məscidin tikintisi eyni zamanda ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qubadakı Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqunda olub. Leyla Əliyevaya sinaqoqun tarixi barədə məlumat verilib. Bildirilib ki, 1888-ci ildə inşa edilən sinaqoq Şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. Böyük ibadət zalı olan sinaqoqun içərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. Altıguşəli ulduz şəklində olan pəncərələr palıd ağacından hazırlanıb. Burada dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı var. Sovet dövründə məbəd anbar kimi istifadə olunub. Müstəqillik illərində isə sinaqoq bərpa edilərək yenidən istifadəyə verilib.

Fondun vitse-prezidenti Qırmızı qəsəbədəki Dağ Yəhudiləri Muzeyini də ziyarət edib. Muzeyin direktor müavini Naum Naftaliyev Leyla Əliyevaya bu mədəniyyət ocağı barədə məlumat verib. Qeyd edilib ki, bura dünyada dağ yəhudilərinin ilk muzeyi sayılır. Burada dağ yəhudilərinin tarixini, adət-ənənələrini, mədəniyyətini əks etdirən eksponatlar sərgilənir. Qarçaği sinaqoqunda yaradılan muzeydə Qafqazın müxtəlif yerlərindən gətirilmiş milli geyimlər, ayin qabları, əlyazmalar, kitablar, XIX əsrə aid antik əşyalar, dağ icmasının irsi və ənənələri qorunub saxlanılır. Mövcudluğu ilə regionda Azərbaycanın tolerantlığının daha bir təsdiqinə çevrilən bu məkan həm də millətlərarası tarixi əlaqələri və multikulturalizmi təqdim edir. 


Azərbaycandakı tolerantlıq və multikultural dəyərlərdən söz açan ilahiyyatçı-alim Hacı Atif İsmayılov "Sherg.az"a deyib ki, ümumiyyətlə, İslam dininin özəlliklərindən biri digər dinlərin özünəxas adətlərinə, bütün dəyərlərinə hörmətlə yanaşmaqdır. Bu, dinimizin əsas qayələrindən biridir. İlahiyyatçı vurğulayıb ki, İslam dini buyurur ki, bir ölkədə müxtəlif dini inanclara sahib olan vətəndaşların həmrəyliyi vacibdir:


 "Şükürlər olsun ki, Azərbaycanımızda bu prinsiplər əsrlər öncədən tətbiq olunur. Ölkəmiz bu məsələdə dünyaya örnəkdir. Xüsusən, müqəddəs Ramazan ayı barış, paylaşmaq, birlik ayıdır. Ona görə Ramazan ayında digər dinlərin nümayəndələrinə, onların bayramlarına, adət-ənənələrinə daha çox diqqət, hörmət göstərilir. Digər dinlərin nümayəndələri də iftar süfrələrinə dəvət olunur. Dini və irqi mənsubiyyətləri fərqli olan millətlər əsrlər boyu Azərbaycanda təhlükəsiz, rahat, sərbəst həyat sürüblər. Multikultural və eyni zamanda tolerant mühitimizlə dünyada sayılıb-seçilmişik. Tolerantlığı, multikultural dəyərlərimizi təkcə sözümüzlə deyil, əməlimizlə də mütəmadi təsdiq etmişik. Bunun bariz nümunəsi odur ki, Azərbaycanda fərqli dinlərin, ayrı-ayrı millətlərin nümayəndələri uzun illərdir təhlükəsiz, heç nədən ehtiyat etmədən, narahatlıq duymadan ömür sürüblər. Sivil şəkildə öz həyatlarını yaşayıblar, ibadətlərini icra ediblər. Bəzi xarici güclər ölkəmizdəki vəhdəti pozmağa cəhd göstərsələr də, istəklərinə nail olmayıblar. Dünyanın bir çox ölkəsində baş verən dini qarşıdurmalar, radikalizmin və antisemitizmin artması fonunda Azərbaycanda müşahidə olunan tolerant mühit çoxlarını yaxşı mənada heyrətləndirir. Ölkəmizdəki multikulturalizm çoxsaylı əcnəbi din xadimləri tərəfindən dəfələrlə dilə gətirilib, yüksək qiymətləndirilib". 


H.A.İsmayılov qeyd edib ki, Azərbaycan bu sahədə digər ölkələrlə müqayisə olunmayacaq qədər yüksək dözümlülük və tolerantlıq nümayiş etdirir:

 "Hətta özünü güclü, lider hesab edən bir çox Avropa ölkələrində dini azadlıq və dözümlülük nəinki bizdəki səviyyədə deyil, ümumiyyətlə, yoxdur. Bəzən müşahidə edirik ki, Fransada və ya bir çox inkişaf eləmiş ölkələrdə dini ayrı-seçkilik, başqa inanclara qarşı aqressiya mövcuddur. Azərbaycanın digər ölkələrdən fərqli dinə aid xüsusi modelə sahib olmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi və həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda yaşayan bütün dini icmalara xüsusi diqqət və qayğı göstərilir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Mart 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see271

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see264

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see256

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see250

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see239

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see238

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see238

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see232

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see228

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see227

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see223

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see222

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see210

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see208

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see205

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see201

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see201

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see200

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see195

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri