Icma.az
close
up
RU
Tariximizə, mədəniyyətimizə və milli kimliyimizə bağlılığın təzahürü: “Şəhərsalma və Memarlıq İli”

Tariximizə, mədəniyyətimizə və milli kimliyimizə bağlılığın təzahürü: “Şəhərsalma və Memarlıq İli”

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Pərvanə SULTANOVA
[email protected]

Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edib. Dövlət başçısının bununla bağlı imzaladığı sərəncamda qeyd edilib ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynayıb. Azərbaycan şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub, daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlayıb.

Sərəncamda vurğulanıb ki, bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilib. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz - qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır.

Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı bu illərdə Ulu öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilib, tədbirlər həyata keçirilib, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılıb, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institutsional təsisatlar qurulub.

Bu gün paytaxtdakı bir sıra binalar Bakının yeni simvollarına çevrilməklə əsl memarlıq nümunələrinə çevriliblər. Onların sırasında Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, “Ağ şəhər”, “Bakı Kristal Sarayı” və digərlərini qeyd etmək olar. Həmin tikililərin hər biri şəhərimizə gələn turistlərin də baş çəkdikləri məkanlardır.

Son illərdə paytaxtda, eləcə də regionlarda yeni parklar salınıb ki, burda da milli memarlıq üslubu ilə müasirlik uzlaşdırılıb. Eyni zamanda, şəhərsalma siyasətində ekoloji məsələlərə, ətraf mühitin qorunmasına, estetik görünüşə xüsusi diqqət yetirilir.

Məlumdur ki, Ermənistanın 30 il davam edən işğalı nəticəsində Azərbaycanın şəhərləri və kəndləri yerlə-yeksan edilib, dini-mədəni abidələri dağıdılıb, ekologiyaya ciddi zərər yetirilib. Bu gün azad olunmuş ərazilərimizdə innovativ yanaşmaların tətbiqi ilə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Dövlət başçısının imzaladığı sərəncamda qeyd olunub ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə - dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanıb və quruculuq işlərinə başlanılıb. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə milli iradənin təzahürüdür.

Ölkəmiz, eyni zamanda iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bakının COP29-a uğurla ev sahibliyi etməsi, nəticələrə nail olması, bu gün iqlim dəyişikliyi ilə mübarizədəki səyləri, yaşıl enerjinin inkişafı istiqamətində atdığı addımlar qlobal miqyasda da təqdir edilir. Həmçinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcək. WUF13 dünyanın ən böyük və mühüm tədbirlərindən biridir. COP-dan sonra daha bir qlobal miqyaslı tədbirin Bakıda keçirilməsi dayanıqlı şəhərsalma proseslərində Azərbaycanın artan rolunu nümayiş etdirir.

Milli Məclisin deputatı Naqif Həmzəyev “525”ə deyib ki, Azərbaycan dövləti şəhərsalma və memarlıq sahəsinə çox böyük diqqət yetirir, tarixi-mədəni abidələrimizin qorunmasına, bərpa edilməsi, restavrasiyasına önəm verir. Onun sözlərinə görə, bu proseslərdə həm aidiyyəti qurumlarımız, xüsusilə də Heydər Əliyev Fondu öncül sıralarda yer alır və mədəni irsin, xüsusilə də tarixi abidələrimizin qorunmasına böyük önəm verilir: “Bütün bunlarla yanaşı, 2020-ci ildə Vətən müharibəsində qələbə qazandıqdan sonra Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması, həmin ərazilərdə tarixi memarlıq abidələrinin qorunması və bərpası ilə yanaşı, tamamilə dağıdılmış rayonlarımızda yeni şəhərlərin və qəsəbələrin inşasına da başlanılıb. Bir sözlə, Azərbaycan yeni dövrün çağırışlarına cavab verərək, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini bu ərazilərdə həyata keçirib. Eyni zamanda, Azərbaycanın böyük şəhərlərində də “ağıllı şəhər” komponentlərinin tətbiqinə başlanılıb. Azərbaycan şəhərsalma və memarlıq sahəsində böyük irəliləyişə imza atıb və bu gün ölkəmizin təqdim etməyə böyük işləri var. Düşünürəm ki, 2026-cı ildə bu sahəyə xüsusi diqqət ayırmaqla çağırışlara cavab verəcəyik. Eyni zamanda, digər şəhər və rayonlarımızda da mühüm işlər görüləcək, tarixi-mədəni abidələrimizin qorunmasına diqqət daha da artırılacaq. Şəhərlərin Baş planlarının müasir dövrün tələblərinə cavab verəcək şəkildə yenidən işlənməsi həyata keçiriləcək. Baş planları təsdiqlənmiş şəhərlərdə isə bu işlərin ardıcıl şəkildə reallaşması mümkün olacaq”.

Milli Məclisin deputatı Fatma Yıldırım “525”ə deyib ki, Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi olduqca strateji, dərin məzmun daşıyan və gələcəyə hesablanmış mühüm bir qərardır. Bu təşəbbüs təkcə şəhər infrastrukturunun müasirləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda tariximizə, mədəniyyətimizə və milli kimliyimizə olan bağlılığın təzahürü kimi dəyərləndirilməlidir: “Bildiyimiz kimi, Azərbaycan dövləti ötən illər ərzində şəhərsalma sahəsində böyük təcrübə qazanıb və bu istiqamətdə bir sıra mühüm layihələrə imza atıb. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, ekoloji, iqtisadi və sosial baxımdan balanslaşdırılmış urbanizasiya nümunələri artıq dünyanın diqqət mərkəzindədir.

Ən önəmlisi isə bu prosesdə keçmişə sayğı ilə yanaşılır. İşğal dövründə məhv edilmiş tarixi-memarlıq irsimizin bərpası, dini-mədəni abidələrin əvvəlki görkəminə qaytarılması dövlətimizin mədəni kimliyimizin qorunmasına verdiyi böyük önəmin göstəricisidir. Bu yanaşma Ulu öndər Heydər Əliyevin “Tarixini bilməyən xalq gələcəyini qura bilməz” fəlsəfəsinin real təcəssümüdür.

Eyni zamanda, Bakının 2026-cı ildə ev sahibliyi edəcəyi Dünya Şəhərsalma Forumu ölkəmizin bu sahədə qazandığı beynəlxalq nüfuzun və etimadın göstəricisidir. Bu Forum Azərbaycan üçün yalnız beynəlxalq əməkdaşlığın genişlənməsi deyil, həm də milli təcrübəmizin dünya ilə paylaşılması, yerli mütəxəssislərimizin qlobal proseslərə daha aktiv inteqrasiyası baxımından da mühüm platformadır.

Mən bu mühüm ilin ölkəmiz üçün yeni imkanlar açacağına, həm şəhərlərimizin, həm də yaşayış məkanlarımızın daha funksional, estetik və dayanıqlı olmasına töhfə verəcəyinə inanıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Dekabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see164

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see132

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see129

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri