Icma.az
close
up
RU
“Ramazan ayı yardımlaşma ruhunu artırır” DİN XADİMİNDƏN AÇIQLAMA

“Ramazan ayı yardımlaşma ruhunu artırır” DİN XADİMİNDƏN AÇIQLAMA

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

“Ramazan ayı hər zaman insanların ürəyində xüsusi yer tutub. Bu ayda yardımlaşmaq, ehtiyacı olanlara kömək etmək, paylaşmaq kimi dəyərlər daha da ön plana çıxır”.Bu sözləri SİA -ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.Onun sözlərinə görə, insanlar həm yaxın ətraflarına, həm də cəmiyyətə qarşı daha diqqətli və səmimi olur:” Ənənəvi olaraq ailə və qonşular arasında yardımlaşma, bir-birinə dəstək vermək Ramazanın ruhunu təşkil edib. Lakin müasir dövrdə bu ənənələr yeni texnologiya və sosial media ilə birləşərək fərqli şəkildə inkişaf edir.Instagram, Facebook və TikTok kimi sosial media platformaları, Ramazan ayındakı paylaşmaq və yardımlaşmaq hissini geniş auditoriyaya çatdırmaq üçün güclü vasitələrdir. İnsanlar orada iftar süfrələrini, xeyriyyə aksiyalarını, kömək tədbirlərini paylaşır və digərlərini də bu işlərə təşviq edirlər. Bu, Ramazanın mahiyyətini daha çox insana çatdırmaq, ehtiyacı olanların diqqətini çəkmək və yardımın daha effektiv şəkildə yayılmasına imkan yaradır. Sosial media, doğru istifadə olunarsa, həm insanların birlikdə hərəkət etməsinə şərait yaradır, həm də cəmiyyətin maariflənməsinə xidmət edir.Buna baxmayaraq, bu platformaların istifadə forması diqqətlə seçilməlidir. Texnologiya və sosial media böyük potensiala malik olsa da, onların tələsik, mənasız və ya sadəcə nümayiş üçün istifadə olunması dəyərlərin səthi qalmasına səbəb ola bilər. Məsələn, sadəcə “like” və “share” üçün edilən paylaşımlar həqiqi yardımı əvəz edə bilməz. Bu səbəbdən ağıllı və düşüncəli yanaşmaq vacibdir: paylaşmaq, öyrətmək və inkişaf etdirmək məqsədilə istifadə etdikdə sosial media güclü bir vasitə olur.Süni intellekt və digər texnoloji yeniliklər həyatımızı daha rahat və sürətli edib. Biz informasiya alır, öyrənir, yeni biliklərə sahib oluruq. Lakin bunlar yalnız ağıllı istifadə edilərsə faydalıdır. Eyni zamanda, xüsusilə övladlarımızın istifadəsi məsələsində ehtiyatlı olmaq lazımdır. Sosial media onların dünya görüşünü formalaşdırır, davranışlarını öyrədir, ona görə də balans və nəzarət çox önəmlidir.Ramazan ayının ənənəvi dəyərləri ilə müasir texnologiya arasında düzgün bir əlaqə qurmaq mümkündür. Sosial media ağıllı və məqsədli istifadə olunarsa, paylaşmaq və yardımlaşmaq hissi daha geniş yayılır, cəmiyyətin maariflənməsi təmin edilir, insanların bir-birinə dəstəyi və anlayışı artmış olur. Belə bir yanaşma həm fərdi inkişaf, həm də cəmiyyətin tərəqqisi üçün vacib bir mexanizmdir”.

Müəllif: Günay Hacıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Mart 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri