Ramil Cahangirov: Azad edilmiş şəhər və rayonların baş planları mərhələli şəkildə icra olunur
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azad edilmiş şəhər və rayonların baş planları mərhələli şəkildə icra olunur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarəedilməsi üzrə şöbə müdiri Ramil Cahangirov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu" adlı sessiyada deyib.
O bildirib ki, hazırda təqdim edilən yaşayış məntəqələri və tikilmiş evlər həmin layihələrin ilk mərhələləridir:
"Bu mərhələliliyin təmin olunması üçün minatəmizləmə qurumları ilə sıx əməkdaşlıq aparılır: əvvəlcə birinci mərhələ üzrə ərazi təmizlənir, sonra isə tikinti işlərinə başlanılır. Bundan əlavə, söhbət yalnız yaşayış məntəqələrinin təmizlənməsindən getmir. Həmin ərazilər infrastruktur xətləri ilə də əlaqələndirilməlidir. Elektrik, su, qaz, rabitə və internet xətlərinin keçdiyi marşrutlar da mina təhlükəsindən tam azad olunmalıdır. Bu isə ANAMA-nın təkcə şəhərsalma qurumları ilə deyil, həm də kommunal xidmət təminatçıları ilə koordinasiyalı fəaliyyət göstərməsini tələb edir. Nəticədə proses daha mürəkkəb olsa da, daha sistemli və təşkilatlanmış şəkildə həyata keçirilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 22 May 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















