Icma.az
close
up
RU
Ramil Hüseynov: “Azərbaycanın hərbi gücü real nəticələrlə təsdiqlənin”

Ramil Hüseynov: “Azərbaycanın hərbi gücü real nəticələrlə təsdiqlənin”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Dövlətimizin siyasi iradəsinin ən möhkəm dayağı, müstəqilliyimizin ən etibarlı təminatı və suverenliyimizin sarsılmaz qalası qüdrətli Azərbaycan Ordusudur. Silahlı gücümüzün əzəməti yalnız sərhədlərimizi qoruyan sipər deyil, həm də dövlətimizin beynəlxalq nüfuzunu, diplomatik mövqeyini və milli maraqlarını qoruyan əsas qüvvədir. Güclü ordu olmadan güclü dövlət anlayışı mümkün deyil”.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
R.Hüseynov qeyd edib ki, Azərbaycan Ordusu uzun və şərəfli inkişaf yolu keçərək bu gün regionun ən güclü, ən peşəkar və ən müasir silahlı qüvvələrindən birinə çevrilib:

“Bu qüdrətin təməlini Ulu Öndər Heydər Əliyev qoydu. Məhz onun uzaqgörən dövlətçilik siyasəti nəticəsində nizami ordu quruculuğu Azərbaycanın milli təhlükəsizlik strategiyasının əsas istiqamətinə çevrildi. Bu siyasi kurs Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi və yeni mərhələyə yüksəldi. Ordumuz ən müasir silah və texnologiyalarla təchiz olundu, peşəkarlıq səviyyəsi yüksəldi, xüsusi təyinatlı bölmələr formalaşdırıldı, hərbi idarəetmə sistemi təkmilləşdirildi. Nəticədə Azərbaycan Ordusu təkcə regionun deyil, dünyanın nüfuzlu orduları sırasında öz layiqli yerini tutdu.

2020-ci ildə əldə olunan möhtəşəm Zəfər, ardınca ölkəmizin bütün ərazisində konstitusiya quruluşunun tam bərpası sübut etdi ki, Azərbaycanın hərbi gücü yalnız sözlə deyil, real nəticələrlə təsdiqlənən qüdrətdir. Bu gün üçrəngli bayrağımızın ölkəmizin hər qarışında qürurla dalğalanmasının arxasında məhz Azərbaycan əsgərinin qəhrəmanlığı, zabitlərimizin peşəkarlığı və dövlətimizin qətiyyətli siyasəti dayanır.

Bu əlamətdar gündə Vətən uğrunda canından keçən bütün şəhidlərimizi sonsuz ehtiramla yad edir, qazilərimizə dərin minnətdarlığımızı bildiririk.

Eyni zamanda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Xüsusi Təyinatlı Qüvvələrin, eləcə də Azərbaycan Ordusunun bütün qoşun növlərinin və hərbi hissələrinin şəxsi heyətinə dövlətimizə və xalqımıza göstərdikləri fədakar xidmətə görə təşəkkürümüzü bildiririk. Sizin sədaqətiniz, peşəkarlığınız və fədakarlığınız Azərbaycanın təhlükəsizliyinin, sabitliyinin və gələcəyinin ən böyük təminatıdır.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, müqəddəs xidmətinizdə möhkəm iradə, sarsılmaz ruh, yeni uğurlar arzulayırıq.

Yaşasın qüdrətli Azərbaycan Dövləti! 
Yaşasın Müzəffər Ali Baş Komandan! 
Yaşasın qalib və yenilməz Azərbaycan Ordusu!”

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 İyun 2026 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri