Icma.az
close
up
RU
Ramil Hüseynov: Biz Zəfər ölkəsi adını qazandıq

Ramil Hüseynov: Biz Zəfər ölkəsi adını qazandıq

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"İnsan üçün xoş və qürurverici günlər çox ola bilər. Lakin ümumilikdə, vətənini təhlükəsiz, güclü, bütöv, azad və inkişaf etmiş görməkdən duyulan sevinc və qürur hissi ən gözəl duyğudur. Bütün insanlar ailəsi, qohumları və cəmiyyəti üçün yaşayır. Amma dövlət üçün yaşamaq hər kəsə nəsib olmur.

Bu nəsibin zirvəsi isə ən uca zirvədir. Şəhidlərimiz bu ən ali məqama yüksəlmiş, tarixi şəxsiyyətlərimiz isə bu zirvəyə ucala bilmişlər. Dövlətdə sülh və sabitliyin hökm sürməsi, insanların rifah içində yaşaması, təhsilin, elmin və mədəniyyətin inkişafı, dövlətin müstəqilliyinin və təhlükəsizliyinin qorunması, suverenliyinin bərpası hər bir vətəndaş üçün qürur mənbəyidir. Vətəndaşın öz ölkəsi ilə fəxr etməsi nə gözəl və xoş duyğudur!"

"Cebheinfo.az" xəbər verir ki, bunu "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. R.Hüseynov qeyd edib ki, bütün bu qürurverici məqamları yaşamaq özü ayrıca bir xoş hissdir:

"Ancaq ölkəyə xidmət edərək bu nailiyyətlərin əldə olunmasına töhfə vermək, bunun üçün böyük və çətin bir yol keçmək, qətiyyət göstərmək və məqsədə çatmaq tamam başqa bir hissdir. Çünki vətənin xoşbəxtliyi hər bir vətəndaşın xoşbəxtliyindən başlayır. Bu gün ölkə və dövlət olaraq heç kimdən asılı olmamaq, müstəqil və güclü dövlətdə yaşamaq imkanına sahib olmaq çox dərin siyasi məna daşıyan, ən yüksək zirvələrdən birini fəth etmək deməkdir.

Həmişə düşünürdüm ki, Qarabağ problemimizi, ərazi bütövlüyümüz məsələsini məhz bu nəsil həll edəcək və gələcək nəsillərə şanlı bir məmləkət təhvil verəcək. Bəli, biz bunu bacardıq. Bu gün isə həmin şanlı məmləkətin siyasi açarını gələcəyimizə əmanət edir, onu gələcək nəsillərə böyük inam və etimadla ötürürük.Bu gün Azərbaycanın hər yerində o gələcək nəsil son zəngini qeyd edir.

O son zəng səsi bütün Azərbaycan diyarından dünyanın hər bir siyasi mərkəzinə yaylım atəşi kimi guruldayır. Bundan böyük xoşbəxtlik ola bilməz. Bu tarixin, bu xoşbəxtliyin bünövrəsi 15 iyunda qoyuldu və 27 sentyabrda başlanan hərbi qələbəmizin ardıcıl, mərhələli zəfər yolu 8 noyabrda tamamlandı. Biz Zəfər ölkəsi adını qazandıq".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyun 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri