Ramil Hüseynov: Bugünkü uğurlar prinsipial siyasətin nəticələridir
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycan artıq qlobal siyasi məkanda etibarlı tərəfdaş, dünya diplomatiyasında təsir mexanizmlərinə malik olan, çevik və adekvat münasibət ortaya qoya bilən, ciddi, qüdrətli, müstəqil, bəşəriyyət üçün rasional təklifləri və konsepsiyaları ilə qətiyyətli dövlət statusu qazanmışdır. Dövlətin strateji rolu əvvəldən verilmir; ardıcıl və düşünülmüş addımlar nəticəsində formalaşır. Bu baxımdan, cənab Prezidentimiz dünyanın yeni dövrünün tələblərinə, sınaqlarına uyğun olaraq qarşısında dayanan bütün mərhələləri, coğrafi üstünlüyü siyasi üstünlüyə, siyasi üstünlüyü iqtisadi gücə, iqtisadi gücü isə beynəlxalq təsirə çevirmək üçün böyük düşüncə və müdrikliklə siyasi yol xəritəsini həyata keçirdi".
"Cebheinfo.az" xəbər verir ki, bunu "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, bu, artıq şanlı ölkəmizin regiondakı rolu deyil, yeni dünya düzəninin formalaşmasında iştirak edən orta gücə çevrilməsidir:
"Strateji addım, strateji imkan, strateji rol və geosiyasi təsir, enerji layihələri, Orta Dəhliz və nəqliyyat infrastrukturu Avrasiya bağlantısında mühüm rol deməkdir. Türk dünyası ilə ciddi inteqrasiya, bu dövlətlərlə koordinasiya rolu, bu birliyi ciddi güc mərkəzinə çevirmək, çoxtərəfli diplomatiya, Qlobal Cənubda diplomatik rol, yaşıl enerji, COP29 tədbiri, qlobal iqlim dəyişikliyində iştirak kimi addımlar düşünülmüş və gələcək perspektivdə ölkəmizin aktivinə ciddi uğurların yazılması üçün prinsipial siyasətin nəticələridir. Bəli, bu gün bizim məqsədimiz, hədəfimiz körpü ölkə deyil, qovşaq ölkəyə çevrilmək şansını əldə etməkdir.
Artıq biz ABŞ, Avropa, Türkiyə, Mərkəzi Asiya və digər tərəfdaşlarımızla etimad üzərində qurulan əlaqələrimizlə bir istiqamətli deyil, çoxistiqamətli manevr imkanları qazanmışıq və müxtəlif istiqamətlərin kəsişdiyi böyük bir mərkəzdə xüsusi çəkisi olan Azərbaycanı görmək strateji addımların strateji uğurlarıdır. Təsəvvür edin, ABŞ-Azərbaycan gündəliyi mövcuddur və bu gündəlikdə dünya üçün çox təsirli məsələlərin həyata keçirilməsi üçün iki ölkə qarşısında icrası gedən məsələlər var. Bu potensial Azərbaycanı ən yüksək, şərəfli zirvələrdə ucaldan bir liderin potensialıdır".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 26 Avqust 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















