Icma.az
close
up
RU
Həqiqətlərə bağlılıq qələbəyə aparı Ramil Hüseynov yazır

Həqiqətlərə bağlılıq qələbəyə aparı Ramil Hüseynov yazır

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Həqiqətləri müdafiə etmək uğrunda möhkəm dayanmaq, həqiqətə bağlılıq fəlsəfəsidir. Bu fəlsəfə Mahatma Qandinin siyasi fəlsəfəsində mühüm yer tutan mübarizə fəlsəfəsini ifadə edir. Burada əsas məqsəd həqiqət və mənəvi təsir yolu ilə insanları və cəmiyyəti dəyişdirməkdir. Bu, “Satyagraha” fəlsəfəsi adlanır.

Bugünkü dünya reallığında, yeni dünya nizamına çatana qədər zorakılıq, düşməni məhv etmək, müharibələr və şiddətlər  və zorakılığa üstünlük vermək bu fəlsəfənin tam əksidir. Buna baxmayaraq, müharibələr və qarşıdurmalar hələ də davam edir, texnoloji müharibələr gedir. İnsan nəfsinin hakim olduğu zaman insan həyatının önəmi qalmır. Məhz bu nəfs və maraqların kəsişdiyi yerdə bu gün dünya çox böyük fəlakətlərə məruz qalır. Nəfsin və maraqların kəsişdiyi bu dünyada həqiqət və mənəviyyat geri plana keçdikcə fəlakətlər, zorakılıq və insan itkiləri artır. Əslində isə bu gün dünya düşməni məhv etməklə yox, düşmənçiliyi məhv etmək üçün çalışmalıdır.

Müasir dünyada təbii sərvətlər, enerji, ərazi, siyasi nüfuz və geosiyasi üstünlük uğrunda mübarizə insan həyatını arxa plana keçirir. Biz bir xalq olaraq Satyagraha fəlsəfəsinin əksi olaraq zorakılığa, soyqırıma, terrora və vandalizmə məruz qalmışıq. Uzun illər bu zorakılıq fəlsəfəsi bizə tətbiq olunub. Nə həqiqəti, nə də ədaləti görmüşük. Amma bu gün hakimiyyəti idarə edən komanda və onun lideri ədalətli mövqeyi, həqiqətə bağlılığı, diplomatiyası, səbri və strateji uzaqgörənliyi ilə haqqın, ədalətin, azadlığın və müstəqilliyin gücün nə olduğunu, onun necə böyük nemət və sərvət olduğunu göstərdi. Bütün bunların insanların formalaşması üçün nə qədər böyük dəyər daşıdığını öz böyük düşüncəsi və güclü ordusu ilə həyata keçirdi və bunu dünyaya təqdim etdi. 100 illərin məşəqqətlərindən keçən, dəfələrlə haqqı-hüququ pozulan bir xalqın nəyə qadir olduğunu öz təqdimatı ilə dünyaya göstərdi.

Bütün bunlar vicdanlara təsir etməklə, yanlış əməllərə qarşı çıxmaqla baş verdi. Bəli, biz öz gücümüzlə düşməni tamamilə məhv edə bilərdik, hətta yüz illərin heyfinə son qoya bilərdik. Lakin belə müharibələrə başlamaq asandır, onun yaratdığı nifrəti və insan faciəsini isə minilliklər boyu aradan qaldırmaq çox çətindir.

Gücümüz də, potensialımız da düşməni məhv etmək üçün çoxdan kifayət etsə də, ədalətin düşüncə sahibi maksimum çalışdı ki, itkilərimiz minimuma endirilsin. Biz qarşımızdakı düşməni təkcə düşmən kimi saymayaq. Onun arxasında zorakılıqla dünyanı idarə edən, amansız, böyük ideoloji-siyasi güc var idi.  Artıq biz Azərbaycan modelini dünyanın siyasi dərinliklərinə inteqrasiya etməyi bacarmışıq. Müasir dünyanın qaranlıq, zorakılıq və qarşıdurma mühitindən çıxması üçün mənəvi-siyasi düşüncə modeli olan bu model İlham Əliyevin təqdimatında öz əksini tapdı. Bunun üçünsə güc, iradə, siyasi müdriklik və həqiqətə bağlılıq lazım idi.

Hər şey Vətən üçün, hər şey Azərbaycan üçün!

Ramil Hüseynov

"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri