Ramil Şeydayev bu kluba transfer ola bilər
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mahaçqalanın "Dinamo" klubu hazırda azad agent olan hücumçu Ramil Şeydayevlə maraqlanır.
Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Sport Express" nəşri məlumat yayıb.
30 yaşlı azərbaycanlının son klubu "Qarabağ" olub. Ötən mövsüm futbolçu 11 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı oyunçunun dəyərini 600 min avro qiymətləndirir. Şeydayev "Zenit"in yetirməsidir. Hücumçu daha əvvəl Türkiyənin "Trabzonspor", Slovakiyanın "Jilina", Rusiyanın "Rubin", "Krılya Sovetov", "Dinamo Moskva", Azərbaycanın "Sabah" və "Neftçi", Tailandı təmsil edən "Buriram Yunayted" və Türkiyənin "Kocaelispor" klublarında da çıxış edib.
Şeydayev Azərbaycan millisinin heyətində keçirdiyi 69 oyunda 10 qol var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 26 İyun 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















