Icma.az
close
up
RU
Ramin Hacılı nazirə müraciət etdi: Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəkməyimə köməklik etməyinizi xahiş edirəm

Ramin Hacılı nazirə müraciət etdi: Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəkməyimə köməklik etməyinizi xahiş edirəm

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Müstəqil bloger, ictimai fəal, Azərbaycan Avropa Hərəkatının 5 ildən çoxdur həbsdə olan sədri Ramin Hacılı ədliyyə naziri cənab Fərid Əhmədova müraciət ünvanlayıb.

Qaynarinfo xəbər verir ki, o, oxşar məzmunlu müraciəti Prezident İlham Əliyevə, birinci Vitse-prezident Mehriban Əliyevaya, Prezidentin Hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərova, Ombudsman Səbinə Əliyevaya, Ali Məhkəmənin sədri İnam Kərimova, Baş prokuror Kamran Əliyevə, Mətbuat Şurasının sədri Rəşad Məcidə, həmçinin millət vəkilləri Zahid Oruc, Vüqar Bayramov və Fazil Mustafaya da göndərib. 

Həmin müraciətini təqdim edirik:

"Mənim 10 yaşım olanda atam, anam və kiçik qardaşımla birlikdə məcburi köçkün kimi Füzuli rayonundan Bakıya gələrək vaqonda məskunlaşdıq. Orta və ali məktəbi vaqonda yaşadığım müddətdə bitirdim. 

23 yaşım olanda atamı itirmişəm. Atamın dəfnində iştirak edən müəllimim mənə demişdi: "Sən özünü yetim sayma, dövlətini sev və ona qüdrətlənməsi üçün xidmət et ki, dünyanın harasında dara düşsən sənə sahib çıxacaq güclü dövlətin olsun!”. O vaxtdan etibarən hər zaman dövlətimizin inkişafına töhfə verməyə çalışmışam. İmkanım olan bütün arenalarda ölkəmizin haqlı mövqeyini müdafiə etmişəm.

Ali təhsil aldıqdan sonra ölkəmizə fayda verə bilmək üçün ictimai-siyasi fəaliyyətlə məşğul olmuşam, dövlətə və cəmiyyətə fayda verə biləcək işlərdə çalışmışam.

Xüsusən Qarabağın azad edilməsi istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətə dəstək olmuşam. Aparılan mövcud siyasətin strateji olaraq uğur qazanacağına inanmışam. Bu güvənim öz təsdiqini tapdı və həyata keçirilən uğurlu siyasət nəticəsində dövlətimiz ərazi bütövlüyünü tam bərpa etdi.

2013-cü ildə beynəlxalq təşkilatların iştirakı ilə Ermənistanda "Dağlıq Qarabağ münaqişəsinin həllində Vətəndaş Cəmiyyətinin rolu” mövzusunda keçirilən müzakirələrdə Azərbaycanın təmsilçisi kimi iştirak etdim və İrəvan şəhərində dövlətimizin haqlı mövqeyini müdafiə etdim.

2019-cu ilin iyun ayında Bakıdan Horadizə ayaqla (piyada) təkbaşına sivil yürüş edərək dünya ictimaiyyətinin diqqətini erməni işğalına çəkməyə nail oldum. Paşinyan rejiminin militarist fəaliyyətinə etiraz olaraq təkbaşına etdiyim dinc aksiya erməni cəmiyyətində rezonansa səbəb oldu. 

27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatına cavab olaraq Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə haqq yürüşünə başlayanda bütün vətənsevərlər kimi tam gücümlə bu müqəddəs amala dəstək oldum. Əvvəllər olduğu kimi yenə də erməni təcavüzünə qarşı savaşda əlimdən gələni etdim. 

Bəhs etdiyim fəaliyyətlərimlə mediadan və vikipediya hesabımdan daha ətraflı tanış olmaq olar.  

Sizə tam səmimiyyətimlə və qürurla deyirəm ki, dövlətimizə və vətənimizə hər zaman xidmət etmişəm, sadiq olmuşam.

Baxmayaraq ki, mənə çox ağır - 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Min-bir əzab içində həmin cəzanın 5 ildən çox hissəsini çəkmişəm və hazırda da çəkməkdəyəm, əvvəllər olduğu kimi yenə də dövlətimizə olan inamımı, sədaqətimi və güvənimi qoruyuram. Nə hansısa başqa dövlətə, nə də hansısa xarici quruma müraciət etməmişəm, yalnız Azərbaycan dövlətinin ədalətinə etibar etmişəm.

Məlumat üçün deyim ki, mənə qarşı istintaq orqanı tərəfindən irəli sürülmüş əsas ittiham ondan ibarət idi ki, kimlərdənsə pul alıb hansısa vəzifəli şəxslərə rüşvət vermişəm. Bu hal təsdiqini tapmadığı üçün Bakı Apellyasiya Məhkəməsi mənə bəraət verdi. Həmin qərardan prokurorun verdiyi protesti Ali Məhkəmə rədd etdi və mənə bəraətin düzgün verildiyini təsdiqlədi.

Bununla yanaşı, nə həbs olunduğum zaman kiminsə mənə qarşı şikayəti olmayıb, nə də barəmdə qəbul edilmiş hansısa məhkəmə qərarında şikayətçi və ya zərərçəkən qismində kimsə tanınmayıb. Cinayət işi materiallarından da məlum olur ki, heç bir şəxs məndən şikayətçi deyil və tələbi yoxdur.

Ali Məhkəmənin bəhs etdiyim 28 iyun 2024-cü il tarixli yekun qərarından məlum olur ki, heç də düşünüldüyü kimi mən mütəşəkkil dəstə üzvü olmamışam, kimlərdənsə rüşvət almamışam, vəzifəli şəxslərə rüşvət verməmişəm, vətəndaşlara qarşı dələduzluq etməmişəm, dövlət əleyhinə fəaliyyət göstərən hansısa qüvvələrlə işbirliyi qurmamışam. 

Hansı ki, mən məhz bu ittihamlarla həbs edilmişdim. Təbii haldır ki, istintaq orqanı ilkin rəyində və ya qənaətində yanıla bilər. Buna görədir ki, qanunvericilikdə əlavə məhkəmə araşdırmasına ehtiyac olduğu təsbit edilib.

Dövlətimizin başçısının Azərbaycanın yeni mərhələyə qədəm qoyması ilə bağlı verdiyi açıqlama məndə gələcəyə böyük inam yaratdı və 2024-cü ildə baş tutmuş Növbədənkənar Prezident Seçkilərində saxlanıldığım cəzaçəkmə müəssisəsində cənab Prezidentimizə ilk səs verənlərdən oldum. 

Əlavə olaraq mətbuat vasitəsi ilə ünvanladığım TƏBRİK məktubunda uğurlu siyasi kursun bundan sonra da davam edəcəyinə görə şad olduğumu qeyd edərək Azərbaycanın dünyada qüdrətli dövlətə çevirilməsi, ərazi bütövlüyü və suverenliyini öz gücünə bərpa etməsi, vətəndaşların sabitlik içində yaşamasının cənab Prezidentimizin rəhbərliyi altında həyata keçirilən intibaha söykənən siyasətin nəticəsi olduğunu bildirdim.

Artıq iki ildən çoxdur ki, ƏN PX-in 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıram. Ali Məhkəmənin yekun qərarı ilə mənə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının 5 ildən çox müddətini çəkmişəm və hazırda 2 ildən az hissəsi qalıb. Bu isə o anlama gəlir ki, mən təyin edilmiş cəzanın 2/3 hissəsini çəkmişəm. 

Həbsdə olduğum müddət ərzində hər hansı bir qayda pozuntusuna yol verməmişəm, barəmdə heç vaxt tənbeh tədbiri görülməyib. Həm saxlanıldığım müəssisələrin əməkdaşları ilə, həm də digər məhkumlarla çox yaxşı münasibət qurmuşam. 

Həmçinin bu müddətdə baş tutmuş Prezident, Parlament və Bələdiyyə seçkilərində aktiv iştirak etmişəm. 

O cümlədən 2024-cü ilin may ayında saxlanıldığım müəssisədə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş şahmat turnirinin təşəbbüskarı olmuşam. 

Ölkəmizdə keçirilmiş COP29 tədbirinin uğurla başa çatması münasibətilə mətbuatda təbrik məktubu ilə çıxış etmişəm.    

Sizdən yuxarıda etdiyim qeydləri, həmçinin mənə qarşı hər hansı bir şəxsin şikayət və tələbinin olmamasını, səhhətimdə olan problemləri, ittiham olunduğum əsas maddələr üzrə mənə bəraət verilməsini, beynəlxalq arenada ölkəmizin tanıdılması istiqamətində işlər görmüş və rəsmi dövlət qeydiyyatı olan nüfuzlu ictimai təşkilatın rəhbəri olmağımı, ictimai-siyasi fəaliyyətim dövründə ölkəmizə fayda verməyimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmağımı, ailə vəziyyətimi, atamın vəfat etməsi səbəbindən II qrup əlil anamın tək qalmasını və mənim himayəmdə olmasını, ümumilikdə 5 ildən çox müddətdir həbsdə olduğumu və bu dövrdə nümunəvi davranışımı, yalnız dövlətimizə güvənərək müraciətlər etməyimi, Cəzaların İcrası Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq hüquqi əsasın yaranmasını nəzərə alaraq cəzanın qalan hissəsini Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəkməyimə köməklik etməyinizi xahiş edirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri