Icma.az
close
up
RU
Ramin İsayev SOCAR ın 54 milyonunu belə talayıb FAKT

Ramin İsayev SOCAR ın 54 milyonunu belə talayıb FAKT

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“SOCAR-AQŞ” MMC-nin keçmiş baş direktoru, 54 milyon manat yeyintidə ittiham olunan Ramin İsayevlə bağlı cinayət işində onun çoxsaylı qohumları və tanışlarının da adları keçir. O, həmin şəxsləri formal işə götürməkdə, büdcə hesabına onlara yüksək maaş və başqa növ qazanclar verməkdə ittiham olunur.

Gununsesi.info xəbər verir ki, cinayət işində adı keçənlərdən biri də Ramin İsayevin qardaşı Rafiq İsayevin evində xadimə işləyən Ulduzə İsmayılovadır. Rəsmi sənədlərlə xadiməyə məxsus olan “Manitou” markalı yükləyici “SOCAR-AQŞ” MMC-yə icarəyə verilib və aylıq 4600 manat icarə haqqı ödənilib. Ulduzə İsmayılovanın adına olan kart hesabına təxminən 5 il ərzində hər ay icarə haqqı köçürülüb. Bu isə ümumilikdə 280 min manata yaxın vəsait olub.

Ulduzə İsmayılova ifadəsində texnikanın ona məxsus olduğunu, özü icarəyə verdiyini və əldə etdiyi gəliri də şəxsi işlərinə xərclədiyini desə də, istintaq onun dediklərini inandırıcı hesab etməyib. Bu səbəbdən də həmin məsələ ilə bağlı Ramin İsayevə ittiham verilib və o da şahid qismində istintaqa cəlb olunub.

Şübhələrə əsas yaradan məqamlardan biri də bu olub ki, icarə pulunun köçürüldüyü və Ulduzə İsmayılovanın adına olan bank kartı onun özünün yox, işlədiyi evin sahibi Rafiq İsayevin sərəncamında olub. Bütün bunlar o qənaəti formalaşdırıb ki, Ulduzə İsmayılova formal mülkiyyətçi və icarədardır, onun adından istifadə olunur. Qeyd edək ki, Rafiq İsayev Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini idi. Ramin İsayev 2023-cü ilin iyulunda həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş külli miqdarda əmlakın leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham irəli sürülüb. Prokuror iyulun 17-də bu ittihamlarla Ramin İsayevin 15 il azadlıqdan məhrum edilməsini istəyib. Ramin İsayev ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir.

Elmar Elnuroğlu

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 İyul 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri