Icma.az
close
up
RU
SOCAR ın 54 milyonunu yeyən baş direktora hökm oxundu

SOCAR ın 54 milyonunu yeyən baş direktora hökm oxundu

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“SOCAR-AQŞ” MMC-nin keçmiş baş direktoru, 54 milyon manatlıq yeyintidə suçlanan Ramin İsayevə 14 il həbs cəzası kəsilib.

Gununsesi.info xatırladır ki, bu iş üzrə bir ildən çoxdur Bakı Ağır Cinayətlər Məhkəməsində gedən araşdırmalar sentyabrın 8-də yekunlaşıb.

Hökmə əsasən, R.İsayev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələriylə təqsirli bilinib.

R.İsayevin yaxınlarının adına olan xeyli daşınmaz əmlak və həbs olunarkən ondan götürülmüş milyonlarla dollar nağd pul da müsadirə edilib. Müsadirə olunmuş əmlak R.İsayevə qarşı qaldırılmış mülki iddiaların ödənilməsinə yönləndiriləcək. Cinayət işində bəhs qoyulan daşınmaz əmlaklar arasında “Sea Breeze”də ev, Bakının mərkəzində mənzil və s. var.

Bu cinayət işi üzrə üç qurum – “SOCAR-AQŞ”, “Abşeron Qazma” MMC və “Aqrarkredit” QSC zərərçəkmiş qismində tanınıb.

R.İsayev çoxsaylı qohum və tanışlarını formal işə götürüb büdcə hesabına onlara yüksək maaşlar verməkdə, başqalarının adına şirkətlər yaradıb onları tenderlərdə qalib elan edərək, bunun hesabına milyonlarla dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilir. Cinayət işində onun həyat yoldaşı, qardaşı, bacısının övladları və başqa qohum və tanışlarının adları keçir.

Türkiyədə Ramin Hakan adıyla vətəndaşlıq alıb
İttihamda yer alan məsələlərdən biri də R.İsayevin Türkiyə vətəndaşlığı alıb mənimsənildiyi iddia olunan milyonları orada daşınmaz əmlakların alınmasına yönəltməsi, bir bölümünün də banka yatırılmasıdır. Bununla bağlı R.İsayevə cinayət yolu ilə əldə olunan əmlakın leqallaşdırılması ittihamı verilib.

O, vəzifədən çıxarılandan sonra şirkətin hesablarına kiberhücumların təşkilində, Beynəlxalq Bankdan kredit kimi götürülmüş milyonlarla vəsaitin yeyintisində də suçlanır.

R.İsayev özünü təqsirli bilmir, ona qarşı irəli sürülən ittihamlarla razılaşmır. O bildirib ki, dövlət məmuru olmazdan öncə bizneslə məşğul olduğundan yetərincə gəlirləri olub və özünə və ailə üzvlərinə bunun hesabına əmlaklar alıb.

Qazma işləri gerçəkləşdirən “SOCAR –AQŞ” MMC-ni 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə yanaşı, həm də “Nobel Energy” və “Abşeron Qazma” MMC (AQŞ) təsis edib.

R.İsayev 2009-2020-ci illərdə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsində çalışıb. O, vəzifəsindən çıxarılandan sonra Türkiyəyə köçüb və bir müddət sonra da Türkiyədə Ramin Hakan adıyla bu ölkənin vətəndaşı olub.

R.İsayev Harvard Universitetinin məzunudur. O, “SOCAR-AQŞ” MMC-yə aid vəsaitlərdən özbaşına universitetin hesabına ianə etməkdə də suçlanır.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Sentyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri