Icma.az
close
up
RU
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş Siyahı

Ramin İsayevin 100 milyonluq sərvəti var imiş Siyahı

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

“SOCAR-AQŞ”nin 54 milyon manatlıq mənimsəmədə təqsirli bilinən keçmiş baş direktoru Ramin İsayevin ümumi dəyəri təxminən 100 milyon manata yaxın olan əmlakı müsadirə edilib. O, müsadirə olunan əmlakın həcminə görə bəlkə də XXI əsrin “rekord”una imza atan keçmiş məmurdur.
Bizim.Media “qafqazinfo.az”a istinadla həmin əmlakların siyahısını təqdim edir:
Qızıl və zinət əşyaları:
- 34 ədəd “Azərgold” markalı qızıl külçə;
- “Frey Wille” markalı boyunbağı, üzük və sırğa;
- “Van Cleef & Arpels” markalı qolbaq və sırğalardan ibarət dəst.
Pul vəsaitləri:
- 6 milyon 257 min ABŞ dolları;
- 352 min manat;
- Bank hesabında olan 133 min manat;
- 18 min 495 avro;
- 11 min 565 funt-sterlinq;
- 23 min 550 rubl, 11 min 600 Çexiya kronu, 1 345 BƏƏ dirhəmi, 40 qrivna, 500 Türkiyə lirəsi, 30 İsveçrə frankı.
Bakının 8 rayonunda yerləşən 19 mənzil və fərdi ev:
- Nəsimi rayonunda 5 mənzil;
- Binəqədi rayonunda 4 mənzil;
- Nərimanov rayonunda 4 mənzil;
- Suraxanı rayonunda 1 mənzil və 1 fərdi ev;
- Yasamal rayonunda 1 mənzil;
- Səbail rayonunda 1 mənzil;
- Xəzər rayonunun Buzovna qəsəbəsində 1 ev;
- Sabunçu rayonunun Nardaran qəsəbəsində, “Sea Breeze” kompleksində 1 mənzil.
Qeyri-yaşayış sahələri:
- Yasamal rayonunun Kamal Rəhimov küçəsində 4 böyük obyekt;
- Nəsimi rayonunda 1 obyekt;
- Səbail rayonunda 1 obyekt;
- Binəqədi rayonunda 1 obyekt.
Digər əmlak:
- Nəsimi rayonunda 2 qaraj;
- Binəqədi rayonunda, Səbail rayonunun Badamdar qəsəbəsində və Sabunçu rayonunun Bilgəh qəsəbəsində torpaq sahələri;
- “Audi E-Tron” markalı minik avtomobili.
Xüsusi müsadirə edilən əmlakın bir hissəsi vurulmuş 54 milyonluq ziyanın ödənilməsinə yönəldiləcək, qalan hissə dövlət nəfinə alınacaq. Tezliklə icra məmurları əmlakı satışa çıxaracaq.
Qeyd edək ki, Ramin İsayevin cinayət əməlləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aşkar edilib. Ona xüsusilə külli miqdarda mənimsəmə və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasına görə 14 il həbs cəzası verilib. Hökm artıq qanuni qüvvəyə minib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Oktyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri