Ramin Məmmədov 30 cu Beynəlxalq Berlin Toplantısında iştirak edəcək
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 11-12 iyun tarixlərində Almaniyanın Əsas Dəyərlər və Beynəlxalq Anlaşma Fondunun təşkilatçılığı ilə keçirilən 30-cu Beynəlxalq Berlin Toplantısında iştirak edəcək.
525.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
Komitə sədrinin toplantı çərçivəsində keçiriləcək panel müzakirələrində çıxışı, həmçinin müxtəlif ölkələrin dövlət və ictimai institutlarının nümayəndələri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.
Görüşlər zamanı Azərbaycanın multikulturalizm modeli təqdim olunacaq, eyni zamanda dinlərarası dialoq sahəsində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, tədbir 50-dən çox ölkədən yüksək səviyyəli dövlət rəsmilərini, nüfuzlu siyasətçiləri və ictimai xadimləri bir araya gətirən mötəbər beynəlxalq platformalardan biri kimi tanınır. Dünya xalqları arasına qarşılıqlı anlaşmanın təşviqi məqsədi daşıyan toplantıda qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, sosial həmrəylik, dinlərarası və mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunacaq.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 09 İyun 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















