Ramin Quliyev: Evdə hücum futbolu oynasaq, turu keçən tərəf biz olacağıq
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Rəqib çox yaxşı komandadı, amma keçilməz deyil". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın sabiq baş məşqçisi Ramin Quliyev deyib.
Mütəxəssis ötən gün "Sabah"ın Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyunununda Bolqarıstan təmsilçisi "Levski"yə məğlub olduğu (0:1) matçla bağlı fikilərini bölüşüb:
"Hamımız oyunun heç-heçə olacağını gözləyərkən ani diqqətsizlik qola gətirib çıxartdı. Amma inanıram ki, evdə onlara qarşı daha diqqətli, dəqiq və məsuliyyətli oynayacağıq. Evdə hücum futbolu oynasaq, turu keçən tərəf biz olacağıq. Şanslar bərabərdi. Sadəcə, bu oyunun mahiyyətini futbolçular dərk etməli və daha yaxşı hazırlaşmalıdı".
Qeyd edək ki, "Levski" - "Sabah" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı avqustun 14-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 08 Avqust 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















