Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

3 aylıq olanda nə baş veribsə xatırlayır

Ceyranbatanda toyda dava Biri komadadır

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Ramiz, bizə ağlayan kim olacaq?..

Ramiz, bizə ağlayan kim olacaq?..

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ramiz Rövşən mənim tələbəlik illərindən üzü bəri neçə illik dostum, əqidə və mübarizə yoldaşımdır.

Ramizi oxuduğum ilk şeirinin bir misrasından sevmişdim. “Azərbaycan gəncləri” qəzetində rəhmətlik Qasım Qasımzadənin xeyir-duasıyla çap olunmuş şeirlərində o bir misra cazibə nöqtəsinə dönmüşdü, məni Ramizə bağlamışdı, elə bilirəm, sonrakı uzun sirdaşlıq yollarınız da o bir misradan keçib gəlib.

“Dağlar ucaboydur, qurban boyuna”.

Dağlardan yenicə qopub gəlmiş, duyğularının əsiri olan mənim kimi bir adama bir başqasının da dağların adam kimi ucaboylu olduğunu görməsi və bəlkə də dədələrimizin çox çox qədimlərə bağlı olan dağlara qurban vermək ənənəsini bilmədən özünü dağlara qurban deməsi – aradakı mənəvi birliyi görmək üçün yetərliydi.

Ramiz ucaboylu dağlar və o dağlar haqqındakı ucaboylu misraları kimi tələbələr arasında aydın seçilirdi. Gur saçlarını tez-tez sığallayıb alnına, gözünün üstünə yaydığı ilk vaxtlar mənə özündən razılıq kimi görünmüşdü, amma sonra gördüm ki, saçlarıyla gözünü örtə-örtə gözünü dünyadan yığışdırır, içinə, öz dünyasına yönəldir. Çünki dünyada nə varsa, hamısının şəkli, sualı və cavabı insanın öz içindədir.

Bəlkə elə buna görə Bakıda yaşasa və “şəhər uşağı” olsa da, bizim hamımızdan daha artıq tərki-dünyaydı, Əmircandakı evinə-ocağına qapanıb qalmağı bacarırdı, dünyanı gəzmək həvəslisi deyildi, dünyasını özüylə gəzdirirdi.

Ramiz Rövşən yaradıcılığının, sözünün dəyərini bilsə də, son dərəcə təvazökar, özünü gözə soxmayan, söhbət dalınca qaçmayan, ötəri meyillərdən, ötəri həvəslərdən uzaq, mehriban, ancaq prinsiplərindən heç vaxt dönməyən, sözün əsl mənasında nadir və gözəl bir insandır.

Ramiz Rövşən şeiri XX yüzil ədəbiyyatımızın bu gün artıq qapanmış kitabının parlaq fəsillərindən biridir. Onun sözü böyük ilhamdan, böyük istedaddan və böyük ağrıdan doğulan sözdür, buna görə də böyük sözdür...

Yüz yol ah çək, dərd azalmaz,

Bir dərd yüz ahdan böyükdü.

Bir gecənin qaranlığı,

Yüz-yüz çıraqdan böyükdü.

Min illərdi ölə-ölə,

Ölüm nədi bilə-bilə.

Doğulursa insan hələ,

İnsan Allahdan böyükdü.

Bu misralar Ramiz Rövşənin sözə münasibətini göstərmək baxımından xarakterik nümunədi. Ramiz yaşadığımız dövrün bütün ədəbi dəblərindən, axtarış və eksperimentlərindən keçib bir həqiqəti dərk edib: sözü çeşidli boyalarla böyütmək olmaz, sözü böyütmək üçün onun əslinə, mahiyyətinə, sehrli sadəliyinə enmək, onu canlandırmaq lazımdı. Cansız söz nə qədər böyük görünsə də, poeziya deyil, poeziya diri, canlı, sehrli sözlərin, nəfəs alan, yaşayan sözlərin sənətidir. Bu baxımdan Ramiz Rövşən sadəliyin böyüklüyünü, adiliyin qeyri-adiliyini yazan, hər kəsin gördüyü, ancaq heç kəsin duymadığını duyan şairdir. O, həyatın, ölümün mahiyyətini araşdıran, kiçik həcmli nəğmələrində də insan ruhunun, sevgi və gözəlliyin fəlsəfəsini açan, bütün bunları poetik bir dəqiqliklə klassik bir söz nizamıyla ifadə edən şairdir...

Hara çıxır bu nərdivan,

Bəlkə yerdən göyə çıxır.

Kimi mahnı deyə-deyə,

Kimi söyə-söyə çıxır...

Çıxır qocası, cavanı,

Bir deyən yoxdur: “Dayanın!”

Son ucu bu nərdivanın

Yenə o dünyaya çıxır...

Ramiz Rövşənin bütün nəğmələrində həyatın bu cür poetik dərki və ifadəsi var. Buna görə də onun yaradıcılığı bu gün türkdilli poeziyanın ön cərgələrində yer alır. Ramiz deyir:

Mən öləndə ağlamağa,

Bütün dostlar sağ ola kaş!

Son dərəcə doğma, insani duyğudur... Ancaq getdikcə bir həqiqət də görürük. Şairin əsl dostları onun yazdıqlarıdır.

Bizdən sonra bizə ağlayan da, ölümsüz saxlayan da yazılarımız olacaq...

Qeyd: Bu gün Ramiz Rövşənin 79 yaşı tamam olur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Dekabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1045

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see582

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see336

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see310

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see308

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see307

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see301

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see260

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see234

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see210

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see195

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see194

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see192

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see192

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see187

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see186

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see184

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see176

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see173

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri