Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Ramiz Əsgər türkçülüyün əsgəri

Ramiz Əsgər türkçülüyün əsgəri

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Abid TAHİRLİ

(Əvvəli ötən sayımızda)

General Dubinyaka "sürpriz"

Ramiz Əsgər cəsarətli jurnalist idi. Sovet qoşunlarının təpədən dırnağa qədər silahlanmış əsgərlərlə, ağır texnika ilə Bakıya təcavüz etdiyi 1990-cı il yanvarın 19-dan 20-nə keçən dəhşətli gecəni yaxşı xatırlayıram. R.Əsgər gülləbaran altında peşə vəzifəsini yerinə yetirir, "Azadlıq" radiosuna reportajlar hazırlayırdı. Səhər açılanda isə "Vətən" Cəmiyyətindəki teleks vasitəsilə xarici KİV-lərə, xüsusən Türkiyə mətbuatına materiallar ötürürdü. Bakı komendantı general Dubinyak şəhərdə komendant saatı tətbiq etdiyindən həmişəki qaydada qəzet buraxmaq, şəkil çəkmək və s. qadağan olunmuşdu. Sovet əsgərlərinin qətlə yetirdiyi uşaq və qadınların meyitlərin fotolarının qəzetdə verilməsi, onlar barədə materialların dərc edilməsi qəti qadağan edilmişdi. "Azərbaycan" nəşriyyatında general Jukovun rəhbərliyi ilə hərbi senzura yaradılmışdı. Jukov beşinci mərtəbədə yerləşən nəşriyyat direktorunun kabinetini zəbt etmişdi. O, məqalələri bir-bir tərcümə etdirir, oxuyur, yalnız üzərinə "çapına icazə verilir" yazıb imza-möhür qoyduqdan sonra qəzeti nəşr etmək olardı. Ona bizim yerli "Qlavlit" əməkdaşları da yardım edirdilər. Həmin əməkdaşların çoxu Jukova, hərbi senzuranın digər əməkdaşlarına nifrət etsələr də, bu hissi güclə boğur, gizlədirdilər. Onlardan Allahverdi adlı "Qlavlit" əməkdaşının fədakarlığı yaxşı yadımdadır. O, Qanlı Yanvarla bağlı materialların qəzetdə dərc olunması üçün canfəşanlıq edirdi.

20 Yanvar qırğınına dair tükürpədici nömrəni çapa hazırladıq, qətl edilmiş əliyalın mülki Bakı sakinləri, o cümlədən uşaq, qadın fotoları səhifələrdə əks olunmuşdu. Biz başqa materialları hazırlayıb, senzuradan keçirdik, lakin mətbəəyə 20 Yanvar faciəsini əks etdirən materialları göndərdik. Ertəsi gün ağılarla müşayiət edilən fotolar, bir də Mehmet Akif Ərsoyun "Şəhidlər üçün" adlı məşhur şeiri dərc olunmuş qəzet bütün şəhəri "silkələdi", bu, hərbi senzuraya sərt zərbə oldu. Televiziya, radio və qəzetdən məhrum olunmuş oxucular qəzeti əl-əl gəzirdi. Xalq yazıçısı Elçin general Dubinyakın axtardığı qəzetin əməkdaşlarına bir neçə günlüyə işə gəlməməyi, gizlənməyi tapşırmışdı. Yeri gəlmişkən, onu da deyim ki, istedadlı həmkarımız, mahir redaktor Məzahir Süleymanzadənin redaktor olduğu "Səhər" qəzeti də bütün yasaqlara baxmayaraq, şəhidlərin xatirəsinə həsr olunmuş xüsusi nömrə buraxmışdı. Bu hadisədən bir neçə gün sonra redaksiya yenə eyni cəsarətlə işini davam etdirməyə başladı...

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!

Hərbi senzura öz aləmində idi, sanki sayıqlığını, nəzarəti artırmış, materialları daha ciddi oxumağa başlamışdı. Onlar yazıları oxuyub icazə verməklə kifayətlənmir, mətbəədə çarçap prosesinə də nəzarət edirdi. Bu şəraitdə dövrün ruhuna, oxucunu istəyinə uyğun materiallar hazırlamaq və çap etməklə bağlı redaksiyada fikir mübadiləsi gedirdi. Qəfildən Ramiz Əsgər dilləndi: "Mirzə Cəlil "Ölülər" pyesinin proloqunda "Müfəttiş" əsərini nəzərdə tutub yazmışdı ki, "Allah sənə rəhmət eləsin, Qoqol". İndi biz də deyəcəyik ki, Allah sənə rəhmət eləsin, Mirzə Cəlil". Sonra o, fikrini izah etdi: "İşğalı ifadə və ifşa edən, ən kəskin şəkildə, ən sərt sözlərlə əks etdirən yazılar hazırlamağa davam edəcəyik. "Molla Nəsrəddin" jurnalı çar senzurasının yasaq etdiyi materialların yerini boş qoyurdu. Biz də o taktika ilə hərəkət edəcək, hərbi senzurasın çapına icazə vermədiyi yazıların yerini boş buraxacağıq, yol vermədiyi abzasların əvəzinə qayçı şəkli qoyacağıq. Elə də etdik. Senzura aradan götürülənədək qəzet bu şəkildə nəşr olunmağa başladı...

"Mövsüm, sən yaz, qalanı bizlikdir..."

Qəzet letuçkalarının birində "Vətən" Cəmiyyətinin sədri Elçin dedi: "Ölkədə böyük tarixi proseslər gedir. Milli azadlıq hərəkatı gündən-günə genişlənir. Bu şəraitdə xalq bir ideyaya xidmət etmək üçün qüvvəsini birləşdirməlidir. Ölkəmizin ərazi bütövlüyünün qorunması istiqamətində xalqımızın əzmi, iradəsi qırılmazdır. Eyni zamanda respublikanın suverenliyi, azadlığı üçün ideoloji zəmin də olmalıdır. Şükürlər olsun ki, bizim bu sarıdan bəxtimiz gətirib və Şərqdə ilk müstəqil dövləti- Azərbaycan Xalq Cümhuriyyətini qurmuşuq. Qəzet bu şanlı tarixi əks etdirən yazıları, Cümhuriyyət liderləri, onların həyatı, fəaliyyəti, dövlətin simvolları barədə yazıları müntəzəm dərc etməli, milləti maarifləndirməlidir. Siz ehtiyat etməyin, Mərkəzi Komitədən gələcək təzyiqlərin qarşısını mən alacağam".

Bu söhbətdən sonra "Odlar yurdu" üçün əvvəllər "Azərbaycan sərkərdələri" rubrikası ilə generallarımız haqqında materiallar hazırlayan Mövsüm Əliyev "Bu barədə ilk dəfə" rubrikası ilə yeni yazılara start verdi. Onun Cümhuriyyət qurucularına dair ilk yazısı Azərbaycanın görkəmli siyasi xadimi, xalqımızın diplomatiya tarixində müstəsna xidmətləri olmuş Əlimərdan bəy Ələkbər oğlu Topçubaşova həsr edilmişdi. Sonra digər Cumhuriyyət xadimləri barədə materiallar dərc olunmağa başladı. Mövsüm Əliyev növbəti yazını redaksiyaya təqdim edəndə R.Əsgər: "Bunlar yaxşıdır. Bəs Cümhuriyyətin lideri Məhəmməd Əmin Rəsulzadə haqqında yazı nə vaxt olacaq?", - deyə soruşdu. M.Əliyev özünəməxsus diksiya ilə: "Tez deyil? Məncə, bir az keçsin, görək kommunist məmurların reaksiyası necə olur? Sonra bunları da qoymazlar". R.Əsgər qətiyyətlə: "Yox, Mövsüm, sən ləngitmə, yaz, qorxma, qalanı bizlikdir", - dedi. Çox çəkmədi ki, 1988-ci ilin sentyabr ayında Sovet hakimiyyətinin vaxtı ilə "vətən xaini", "millət düşməni" kimi damğaladığı M.Ə.Rəsulzadə haqqında qəzetin bir səhifəsi həcmində məqalə dərc olundu. Düz iki il sonra, 1990-cı ilin sentyabrında, müstəqilliyimizin elan olunması ərəfəsində R.Əsgərin tərcüməsində M.Ə.Rəsulzadənin "Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri" əsərinin qəzetdə hissə-hissə verilməsinə başlandı.

Xəlil Rza Ulutürk və "Sumqayıt dastanı"

Bir gün azadlıq nəğməkarı, istiqlal carçısı Xəlil Rza Ulutürk çox vaxt özü ilə gəzdirdiyi məşhur çantası ilə həyəcanla redaksiyaya daxil oldu. Üzünü R.Əsgərə tutdu: "Sumqayıt qırğınına aid bir poema yazmışam, sovetin simasını, erməni hiyləsini, vəhşiliyini ifşa edən bir əsərdir. Hansı redaksiyaya getdimsə, hamısı "pəh-pəh" deyib bəyəndilər, amma çap etməyə çəkindilər, qorxdular. Böyük dostum Elçinə dedim. O, qəbul etdi. Buyurun, bu, "Sumqayıt dastanı"dır".

Kiçikhəcmli poema 1988-ci ilin fevralında Sumqayıt şəhərində ermənilər tərəfindən törədilmiş təxribat xarakterli qırğını, sovet milli siyasətin, qaniçən sovet əsgərinin simasını bütün çılpaqlığı ilə açıb göstərir, ifşa edir. Burada şair tariximizə nəzər salır, faciənin kökünü araşdırır. Xəlil Rzanın sovet əsgərinə nifrəti hüdudsuzdur, o, öz haqqını müdafiəyə qalxan əliyalın gənclərimizin üzərinə tank sürən, onları qanına qəltan edən sovet əsgərini hiddətlə lənətləyir.

Ramiz Əsgər əvvəlcə astadan, sonra bəzi misraları təkrar-təkrar ucadan oxudu:

"Kəbinsiz gəlin kimi

veriləndə Xankəndi,

Zəlzələlər nəhri tək

Sumqayıt silkələndi!

Tankçı, əlin qurusun!

Tankçı, dilin qurusun!

Tankçı, belin qurusun!

Söylə hansı üzlə sən,

Belə xalqın üstünə

öz tankını sürürsən?!"

Xəlil Rza R.Əsgərin münasibətindən təsirlənmiş, coşmuşdu, o, son dövrlərdə yazdığı bir neçə şeiri özünəməxsus tərzdə ifa etdi. Ramiz poemanın ən qısa vaxtda veriləcəyini bildirdi və əsər şairin kəskin şəkildə yazılmış ön sözü ilə qəzetin 1990-cı ildə çıxan son nömrəsində dərc olundu.

Yazmaqla bitməyən ömür dəyərli şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru, professor R.Əsgəri əcəl aramızdan vaxtsız apardı. Onun yarımçıq qalan arzuları, hələ həyata keçirmədiyi planları vardı. Hələ neçə-neçə türk diyarlarını gəzməyi, yeni-yeni əsərlər yazmağı düşünür, az qala sayını itirdiyi elmi əsərlərinin siyahısını artırmaq həvəsi ilə yaşayırdı. Sən saydığını say... Ürək bu iş rejiminə dözmədi. Ondan geriyə böyük miras, zəngin irs qaldı. Türkçülüyün təbliğinə xidmət edən, türkologiyanın inkişafına, yeni istiqamətlər və mövzular üzrə axtarışlarına təkan verən "Qutadğu bilig", "M.K.Atatürk TBMM-nin banisidir", "Mahmud Kaşğari və onun "Divanü lüğat-it-türk" əsəri", "Mahmud Kaşğarinin 1000 illik yubileyinə 1000 biblioqrafik göstərici", "Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri üzrə biblioqrafik və qrammatik göstərici", "Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərinin tədrisi", "Türk xalqları ədəbiyyatı oçerkləri" və sair kimi sanballı elmi-tədqiqat əsərləri, çox sayda tərcümələri milli sərvətimizdir.

Ramiz Əsgərin ömrü cismən bitdi, lakin əmanət qoyduğu irsi ilə əbədiyaşarlılıq haqqı qazandı. Onun həyat yolu haqqında yazılmaqla bitməyən bir mövzudur.

Ruhu şad olsun!

19.06.2025

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyul 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see700

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see295

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see278

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see274

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see269

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see262

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see262

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see261

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see244

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see240

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see239

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see235

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see235

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see227

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see226

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see213

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see189

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri