Icma.az
close
up
RU
Ramiz Mehdiyev Akif Əlizadənin qərarını niyə ləğv edib? AMEA nın CİNAYƏT İŞİ

Ramiz Mehdiyev Akif Əlizadənin qərarını niyə ləğv edib? AMEA nın CİNAYƏT İŞİ

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Hesablama Palatasının Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-cü illəri əhatə edən yoxlama aparıb.
Yoxlamalar nəticəsində AMEA-da çoxlu sayda nöqsanlar və qanunsuzluqlar aşkarlanıb.
Aşkarlanan qanun pozuntularının bir çoxu üzrə cinayət işləri açılıb.
Bir neçə gün əvvəl Baş prokuror Kamran Əliyev də jurnalistlərə açıqlamasında həmin cinayət işlərindən bir neçəsinin istintaqının artıq yekunlaşdığını və baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərildiyini bildirib.
AMEA-da aşkarlanan qanun pozuntularının Ramiz Mehdiyevin yoxsa Akif Əlizadənin rəhbərlik etdiyi dövrləri əhatə etməsi ilə bağlı çaşqınlıq isə hələ də qalır.
Akif Əlizadənin rəhbər olduğu dövrlərdə AMEA-da çalışan alimlərdən biri Lent.az-a bildirib ki, yoxlamalar Ramiz Mehdiyevin rəhbər olduğu dövrləri əhatə edib:
“Bu yoxlamaların Akif Əlizadənin rəhbərlik etdiyi dövrlə heç bir bağlılığı yoxdur.
Hansı cinayətlərdən söhbət gedir məlumatsızam. Yalnız onu deyə bilərəm ki, Akif Əlizadə dönəmində Xızı rayonu ərazisində yerləşən AMEA-ya aid olan torpaq sahəsindən akademiya əməkdaşlarına (müraciət edənlərə) hər birinə 10 sot torpaq sahəsi verilib. Bu da ilk mərhələdə 500 əməkdaşı əhatə edib. İlk mərhələdə 350 əməkdaşın müraciəti təmin olunub. Qalan 150 nəfər əməkdaşın da müraciəti 2019-cu ilin sonuna kimi həll edilməli idi”.  
“AMEA-nın əməkdaşlarına niyə məhz Xızıda torpaq verilib?” - sualına isə alim belə cavab verib:
“Məqsəd nəzərdə tutulan ərazinin şəhərə yaxın olması idi. Bu ərazidə alimlər məskunlaşacaqdı və təbii formada bir kompleks yaranacaqdı. Mən deyərdim ki, Akif Əlizadə dönəmində Rəyasət Heyətinin qərarı ilə başlanmış bu işin sonrakı dövrdə ləğv olunması Ramiz Mehdiyevin ən böyük cinayətlərindan biri idi”.
Qeyd edək ki, məlum torpaq məsələsi də cinayət işləri üzrə epizodlardan biridir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri