Icma.az
close
up
RU
Ramiz Mehdiyev dəstəsinin İKİNCİ ADAMI bilindi KONKRET

Ramiz Mehdiyev dəstəsinin İKİNCİ ADAMI bilindi KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barədə aparılan istintaq çərçivəsində yeni adların üzə çıxdığı iddia olunur. Etibarlı, lakin hələlik rəsmi təsdiqlənməmiş mənbələrin məlumatına görə, istintaq orqanları Mehdiyevin ətrafında formalaşdığı iddia edilən siyasi dairənin strukturu və üzvlərini araşdırır. Həmin dairədə ən diqqət çəkən şəxslərdən birinin də Azərbaycanın sabiq Milli Məclis sədri Oqtay Əsədov olduğu bildirilir. Bəzi iddialara görə o, Mehdiyevin xəyanət kadrosunun İKİNCİ SİMAsıdır.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatlara əsasən, Mehdiyevin barəsində irəli sürülən “dövlət çevrilişinə cəhd”, “dövlətə xəyanət”, habelə “külli miqdarda vəsaitin mənimsənilməsi və leqallaşdırılması” kimi ağır ittihamlar çərçivəsində aparılan araşdırmalar, təkcə onun şəxsi fəaliyyətini deyil, eyni zamanda mümkün təşkilatlanmış qrup modelini də araşdırmağa yönəlib. Hüquq mühafizə orqanlarının versiyasına görə, belə ittihamlar tək nəfərlə həyata keçirilə bilməz, bu isə ətrafda koordinasiyalı siyasi şəbəkənin mövcudluğu ehtimalını gücləndirir.

İddia edilən “Dövlət Şurası” modeli

İstintaq materiallarında yer alan və mətbuata sızan sənədlərdə, Ramiz Mehdiyevin ölkədə yeni idarəçilik modeli – Prezidentlik institutunun zəiflədilməsi və 7 il müddətinə fəaliyyət göstərəcək “Dövlət Şurası”nın yaradılması layihəsini hazırladığı göstərilir. Sənədlərdə bu şurada 50 nəfərlik tərkibin formalaşdırılması nəzərdə tutulurdu.

Mənbələrin Musavat.com-a bildirdiyinə görə, Oqtay Əsədovun adı həmin potensial siyahıda “ikinci ən önəmli fiqur” kimi keçir.

Bu məlumat rəsmi strukturlar tərəfindən nə təsdiqlənib, nə də təkzib olunub.

Oqtay Əsədov – Moskva körpüsü

Azərbaycan informasiya məkanında artıq uzun müddətdir ki, Oqtay Əsədovun Rusiyada geniş biznes şəbəkəsinə malik olduğu ilə bağlı məlumatlar yayılır. Bu iddialara görə, keçmiş spikerin Rusiya inşaat sektoru, enerji və logistika dairələri ilə sıx əlaqələri mövcuddur və bu əlaqələr onun Moskva siyasi dairələrində tanınmasına səbəb olub.

Həmçinin mediada, Əsədovun ailə üzvlərinin də Moskva və Sankt-Peterburqda müxtəlif kommersiya layihələri idarə etdiyi qeyd edilir. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, ictimai-siyasi diskursda geniş müzakirə mövzusu olaraq qalır. İddialar Əsədovlar ailəsi tərəfindən təkzib olunmayıb.

Əsabil Qasımov

Musavat.com-a daxil olan başqa məlumatlara görə, Mehdiyev şəbəkəsində adı çəkilən digər fiqurlardan biri də iş adamı və sabiq deputat Əsabil Qasımovdur. Onun da Rusiyada olduqca geniş maliyyə fəaliyyətinə malik olduğu bildirilir. Bu məsələ ilə bağlı növbəti yazılarda daha geniş məlumat təqdim olunacaq.

Hazırda rəsmi strukturlar nə Oqtay Əsədov, nə də sadalanan digər şəxslərlə bağlı istintaq tədbirlərinə dair açıqlama vermir. Lakin Mehdiyevin özünün və ailə üzvlərinin yayılmış məlumatları təkzib etməməsi, hüquqi müdafiə komandasının isə tam susqunluq mövqeyi tutması prosesin ciddiliyini təsdiqləyir. Müşahidəçilər bildirirlər ki, gələn həftədən – bayram tətili başa çatdıqdan sonra – istintaqın yeni mərhələyə keçməsi və sensasiyalı həbslərin baş verməsi ehtimalı yüksəkdir.

Sonda Musavat.com obyektivlik naminə bildirir ki, Oqtay Əsədovun siyasi yolu Ramiz Mehdiyevlə münasibətlərində müxtəlif mərhələlərdən keçib. 2005-ci ildə spiker seçildiyi ilk illərdə Əsədov, Prezident Administrasiyasının rəhbəri olmasına baxmayaraq, Ramiz Mehdiyevi “saymamış”, onun kabinetə çağırılma tələblərini qəbul etməmiş və siyasi davranışda müstəqil mövqe nümayiş etdirmişdi. Lakin sonrakı illərdə münasibətlər tədricən yaxınlaşmış, xüsusilə 2020-ci ildə spikerlikdən ayrıldıqdan sonra Əsədov Elmlər Akademiyasının prezidenti vəzifəsini daşıyan Mehdiyevlə tez-tez görüşməyə başlamış, Akademiyanın binasında dəfələrlə onun kabinetinə getmişdir. İddialara görə, məhz həmin dövr ərzində iki fiqur arasında siyasi koordinasiya xətti formalaşıb.

Oqtay Əsədov 1955-ci ildə anadan olub, su və sənaye-kommunal təsərrüfatı sektorunda fəaliyyət göstərib, uzun müddət “Azərsu” ASC-nin rəhbəri vəzifəsində çalışıb. 2005-ci ildən 2020-ci ilədək Milli Məclisin sədri olub. Onun siyasi karyerası boyunca “texnokrat” və “şəbəkə qurucusu olmayan fiqur” kimi təqdim edilməsi indi istintaq iddiaları fonunda yenidən qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Noyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri