Icma.az
close
up
RU
Ramiz Mehdiyev Əli Kərmlini seçki oyunu na CƏLB EDİB

Ramiz Mehdiyev Əli Kərmlini seçki oyunu na CƏLB EDİB

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.

Ramiz Mehdiyevin AXCP sədri Əli Kərimli ilə əlaqələrinin olduğuna dair müxtəlif iddialr irəli sürülür. Qeyd olunur ki, Mehdiyev ölkədəki siyasi mühiti iflic halına salmaq üçün müxalifətdən istifadə edib. Məsələn seçki mühitini "boykot"la gözdən salmaq üçün AXCP sədri Əli Kərimlini bu məsələyə cəlb edib və s.  

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da bir müddət əvvəl mətbuata müsahibəsində Ramiz Mehdiyevin Azərbaycana qarşı Əli Kərimli, eyni zamanda şər-böhtan yayan mühacir blogerlərlə əlbir olduğunu deyib. O, bildirib ki, faktiki olaraq, Əli Kərimli 2003-cü ildən, yəni İlham Əliyevin prezident seçilməsindən sonra birbaşa Ramiz Mehdiyevin çətiri altına keçib. 

Modern.az-a açıqlamasında REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Əli Kərimlinin Ramiz Mehdiyevin müaxalifət qanadı olmasını iddia etmək üçün əldə konkret faktlar olmalıdır:

“Mən şəxsən ümid edirəm ki, istintaqın gedişatında yalnız müxalifətlə əlaqələri yox, eyni zamanda indiki deputatlar arasında da Ramiz Mehdiyevin kadrlarının olduğuna dair nəticələr üzə çıxacaq. Dövlət çevrilişinə cəhd olubsa, belə bir iddia varsa, ittiham səsləndirilirsə, bunun siyasi ayağı olmadan mümkün deyil”.

N.Cəfərli vurğulayıb ki, boykot siyasəti Ramiz Mehdiyevin seçkiləri gözdən salmaq üçün əsas hədəfi olub:

“Boykot siyasətinə gəldikdə isə bu, hakim partiyaya, ümumiyyətlə, siyasi diskursa ziyan vuran anlayış olub. Boykot heç vaxt nəticə verməyib, amma seçki institutunu gözdən salıb. Ramiz Mehdiyev Prezident Administrasiyasının sədri olanda seçkilər onun rəhbərliyi altında keçirilirdi. Seçki institutunu gözdən salmaq çox güman ki, Ramiz Mehdiyevin əsas hədəfi olub. Amma boykot siyasəti heç vaxt bir nəticə vermir. Boykot edən şəxs və siyasi partiyalar “arqument” gətirirdilər ki, bunun nəticəsində seçkilərin legitimliyi sual altına düşəcək, beynəlxalq ictimaiyyət bu seçkiləri tanımayacaq. Hər dəfə seçkilərdən sonra biz bunun əksini görmüşük. Prezident seçkilərindən sonra Prezident İlham Əliyevi ən yüksək səviyyədə Avropada, ABŞ-də qəbul etdilər. Heç bir legitimlik problemi yaşanmayıb. Elə parlament seçkilərini deyək. Seçkilərdən sonra Azərbaycanın parlament nümayəndələri ən yüksək səviyyədə müxtəlif tədbirlərdə iştirak ediblər. Deməli, bu, bəhanə olub. Boykotun siyasətə, siyasi proseslərə, siyasi partiyaların formalaşmasına, seçki institutuna çox böyük ziyanı olub. Bu gün xalqın, əhalinin böyük hissəsinin seçkilərə inanmamasının əsas səbəblərindən biri Ramiz Mehdiyevin apardığı siyasətin nəticəsidir. Bunda rolu olan insanlar varsa, onlar da istintaqın gedişində üzə çıxmalıdır. Boykotçular kim olubsa, deməli onlar Ramiz Mehdiyevin seçkini gözdən salmaq oynunda iştirakçıdırlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri