Ramiz Mehdiyev İsa Həbibbəylini vəzifədən çıxarıbmış AMEA dan açıqlama
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezident İsa Həbibbəylinin adının Ramiz Mehdiyevin vəzifə verəcəyi şəxslər sırasında hallanmasına münasibət bildirib.
"Bakupost" xəbər verir ki, AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsi yayılan məlumatları Akademiya rəhbərliyinə qarşı növbəti təxribat və qarayaxma kampaniyası kimi qiymətləndirib.
Açıqlamada bildirilir ki, Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə İsa Həbibbəylinin vəzifə səlahiyyətlərinin azaldılması və tutduğu vəzifədən uzaqlaşdırılması istiqamətində bir sıra rəsmi qərarlar qəbul edilib.
Belə ki, Ramiz Mehdiyevin imzaladığı 8 yanvar 2021-ci il tarixli qərarla İsa Həbibbəyli AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilərək vitse-prezident vəzifəsini icra edən təyin olunub.
Bundan başqa, 26 yanvar 2022-ci ildə Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən Rəyasət Heyətinin iclasında Həbibbəylinin 2013-cü ildən rəhbərlik etdiyi Humanitar və İctimai Elmlər Bölməsi iki yerə ayrılıb. Nəticədə İctimai Elmlər Bölməsi onun tabeliyindən çıxarılıb və səlahiyyətləri məhdudlaşdırılıb.
Bundan bir neçə gün sonra – 7 fevral 2022-ci ildə İsa Həbibbəyli Humanitar Elmlər Bölməsi üzrə vitse-prezident vəzifəsindən azad olunması barədə ərizə ilə müraciət edib.
AMEA-nın açıqlamasında vurğulanır ki, bu faktlar Ramiz Mehdiyevlə İsa Həbibbəyli arasında münasibətlərin real xarakterini ortaya qoyur.
“Real vəziyyət və münasibətlər belə olduğu halda Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə verəcəyi barəsindəki informasiya indiki mövcud vəziyyətdən istifadə etməklə AMEA rəhbərinə yeni bir qarayaxma oyunu düzəltməyə xidmət edir”, – deyə açıqlamada qeyd olunur.
Elnur,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 07 Noyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















