Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Ramiz Mehdiyev işində ŞOK AD “Tomsk xətti” üzə çıxır, həbs olunacaq… KONKRET

Ramiz Mehdiyev işində ŞOK AD “Tomsk xətti” üzə çıxır, həbs olunacaq… KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başlanan cinayət işinin miqyası genişlənməkdədir.

KONKRET.az Müsavat-a istinadən xəbər verir ki, istintaq çərçivəsində artıq onun uzun illər yaxın çevrəsində yer alan və müxtəlif dövrlərdə birgə fəaliyyət göstərmiş şəxslərin də adları hallanır.

Onlardan biri — sabiq deputat, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin sabiq müdiri Elton Arzuman oğlu Məmmədovdur.

O, hazırda AMEA Sosial Xidmətlər şöbəsinin müdiridir.

Elton Məmmədov kimdir?

Elton Məmmədov 18 dekabr 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub.

O, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, Azərbaycan Texniki Universitetinin strateji inkişaf üzrə sabiq prorektoru, AMEA Yüksək Texnologiyalar Parkının sabiq direktoru və AMEA İşlər İdarəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Məmmədov həmçinin keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Bu fakt onun dövlət sistemindəki əlaqələrinin uzun illər çoxşaxəli olduğunu göstərir.

Rusiya ilə yaxın əlaqələr – “Tomsk xətti”

Elton Məmmədovun adı son illər Rusiya elmi və ictimai dairələri ilə sıx münasibətləri ilə də gündəmdə olub.

O, müxtəlif illərdə bir sıra rus dövlət və ictimai təşkilatları tərəfindən mükafatlandırılıb.

Onun aldığı təltiflər arasında bunlar xüsusi diqqət çəkir:

• 2004-cü ildə “Tomsk şəhərinin fəxri sakini” adına layiq görülüb;
• 2006-cı ildə Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professoru seçilib;
• 2019-cu ildə həmin universitetin “fəxri məzunu” adını alıb;
• MDB Parlamentlərarası Assambleyasının “Содружество” (Əməkdaşlıq) ordeni ilə təltif olunub;
• Baltik Assambleyasının medalı və Çelyabinsk Traktor Zavodunun “Əməkdə fərqlənməyə görə” qızıl döş nişanı ilə təltif edilib.

Bu mükafatların əksəriyyəti Rusiya və MDB strukturları tərəfindən təqdim edilib və bu fakt onun Moskva elmi-siyasi dairələri ilə sabit əlaqələrini təsdiqləyir.

Ramiz Mehdiyev işi ilə kəsişən məqamlar

Məlumatlı mənbələrin Musavat.com yazarına bildirdiyinə görə, Ramiz Mehdiyevlə bağlı araşdırmalarda bir sıra “epizodlarda” Elton Məmmədovun da adı keçir.

Xüsusi ilə Ramiz Mehdiyevlə birlikdə çalışdığı dövrlərdə — bir sıra maliyyə pozuntularında iştirakı ehtimal edilir. Məlumatlara əsasən, həmin illərdə Akademiyanın strateji inkişaf layihələri və innovasiya proqramları adı altında ayrılan dövlət vəsaitlərinin bir hissəsi şişirdilmiş xərclər, saxta müqavilələr və “elmi qrant” adı altında həyata keçirilən pul köçürmələri vasitəsilə mənimsənilib. Bu əməliyyatlar üzrə sənədlərdə həm Ramiz Mehdiyevin, həm də Elton Məmmədovun imzaları və təsdiqləri mövcuddur.

Bu faktlar Ramiz Mehdiyevə qarşı irəli sürülmüş 193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) ittihamının əhatəsinə daxildir və Elton Məmmədovun da bu epizodlarda birbaşa iştirak ehtimalını gündəmə gətirir.

Mənbələrin sözlərinə görə, söhbət çox böyük məbləğlərdən – milyonlarla manatlıq dövlət vəsaitlərinin mənimsənilməsindən gedir.

Musavat.com-un əldə etdiyi məlumatlara görə, Elton Məmmədovun da həbsi istisna edilmir.

Azərbaycan mediasında artıq bu ehtimal açıq şəkildə müzakirə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:308
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Oktyabr 2025 00:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri